Dünya

Yeni Zelandiyadan rusiyalılara sanksiyalar: Siyahıda Vahid Ələkbərov da var

Sharing is caring!

Yeni Zelandiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar 51 vətəndaşa və Rusiya Federasiyasının tərkibinə daxil olan ərazilərlə əlaqəli 24 məmura şamil ediləcək.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Nanaya Mahut açıqlama verib. 

Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov, “Qazprom Neft”in rəhbəri Aleksandr Dyukov, “Rosatom”un baş direktoru Aleksey Lixaçev, “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev, kənd təsərrüfatı naziri Dmitri Patruşev, “Lukoyl”un keçmiş rəhbəri Vahid Ələkbərov, həmçinin oliqarx, ictimai-siyasi xadim Yevgeni Priqojinin oğlu və qızı, milyarder Aleksandr Abramov və ailəsi də sanksiyalara məruz qalıb.

Mənbə: 1News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir