Dünya

Ukrayna Təhlükəsizlik Xidməti Medvedev, Şoyqu, Zaxarova və digərlərini axtarışa verdi

Sharing is caring!

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevi və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanı axtarışa verib.

Bu barədə məlumat Ukrayna Daxili İşlər Nazirliyinin məlumat bazasında əks olunub.

Axtarışa verilənlər siyahısına həmçinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodin, Rusiya Federasiyası Milli Qvardiyasının rəhbəri, Milli Qvardiya Qoşunlarının Baş Komandanı Viktor Zolotov, Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev, Rusiya Federal Məclisi Şurasının rəhbəri Valentina Matvienko, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev də əlavə olunub.

Məlumatda onların Ukrayna Cinayət Məcəlləsinin 110-cu maddəsinin 3-cü hissəsi ilə ittiham edildiyi bildirilib.

Qeyd edək ki, bu maddə hakimiyyət nümayəndəsi olan şəxs tərəfindən törədilən və ağır nəticələrə səbəb olan Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsddən bəhs edir.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir