İdman

“Qarabağ”ın “Rakuv”la oyununa satılan bilet sayı məlum oldu

Sharing is caring!


“Qarabağ”ın Polşanın “Rakuv” klubuna qarşı keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa satılan bilet sayı məlum olub.

“Atlılar”ın mətbuat xidmətinin yaydığı məlumata görə, 15 min 500 bilet satılıb.

Avqustun 2-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti 5, 20, 30 və 75 manat təşkil edir.

Xatırladaq ki, Polşadakı ilk oyunda “Qarabağ” 2:3 hesabı ilə məğlub olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir