Dünya

“Barselona” Qrizmannın “Atletiko”ya keçdiyini təsdiqləyib

Sharing is caring!

İspaniyanın “Barselona” klubunun hücumçusu Antuan Qrizmann “Atletiko” (Madrid) komandasının tamhüquqlu oyunçusunya çevrilib.

 Bu barədə “Barselona”nın direktoru Mateu Alemani məlumat verib:

“Müqavilə keçən həftə bağlandı. Fikrimcə, biz vacib bir şeyə nail olduq”.

Daha əvvəl bildirilib ki, “Barselona” və “Atletiko” Qrizmanna görə Madrid komandasının 20 milyon avro ödəyəcəyi barədə razılığa gəliblər. Bundan əvvəl 31 yaşlı fransalı əksər matçlarda ehtiyat oyunçular skamyasında qalıb, yalnız 60-cı dəqiqədən meydana daxil olub.

Mənbə: Mundo Deportivo

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir