Cəmiyyət

Dövlət Komissiyası: “İtkin düşənlərdən kiminsə sağ qalması barədə məlumat yoxdur”

Sharing is caring!


“İtkin düşən şəxslərdən kiminsə sağ qalması barədə məlumat yoxdur. Güman edirik ki, onların hamısı ermənilər tərəfindən qətlə yetirilib”.

“Report” xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.

Onun sözlərinə görə, Şuşa həbsxanası ərazisində qalıqları aşkarlanan 31 nəfərin aqibəti də bunun sübutudur:

“Bir sözlə, istintaqda onların sağ qalması ilə bağlı məlumat yoxdur”.

“Biz dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə qarşı tərəfə müraciət etmişik və rəsmi cavab almışıq. Rəsmi cavabda hazırda Ermənistanda I və ya II Qarabağ müharibəsi zamanı əsir götürülən hərbçi və ya mülki şəxs olmadığı vurğulanıb”, – deyə İ.Axundov bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir