Dünya

Yaponiya Qran-prisində qalib gələn Ferstappen ikinci dəfə dünya çempionu oldu

Sharing is caring!

“Formula 1” üzrə Yaponiya Qran-prisinin qalibi bəlli olub.

Oxu.Az-ın məlumatına görə, “Red Bull”dan Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb. Bununla da niderlandlı pilot karyerasında ikinci çempionluğunu qazanıb.

“Ferrari”dən Şarl Lekler finişə ikinci çatıb. “Red Bull”un digər pilotu Serxio Peres isə 3-cü yeri tutub.

Qeyd edək ki, mövsümün növbəti yarışı oktyabrın 23-də ABŞ-da olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir