Dünya

Nigeriyanın şimalında daşqınlar nəticəsində 150-dən çox adam ölüb – FOTO

Sharing is caring!

May ayından bəri Nigeriyanın şimalındakı dörd ştatda yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 157 nəfər ölüb.

Məlumata görə, təkcə Katsina ştatında 24 nəfər həlak olub, 16 mindən çox ev və bina dağılıb.

Yobe ştatında 75, Jiqavada – 40, Nigerdə isə 18 nəfər ölüb.

Federal hakimiyyət orqanları hələ də təbii fəlakətin təsirinə məruz qalan bütün ştatlar üçün qurbanların sayı və dəymiş ziyanın miqdarı barədə vahid məlumat təqdim etməyib.

Qeyd edək ki, Nigeriyada yağışlı mövsüm mayın sonunda başlayır və sentyabrda bitir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir