Dünya

Krım körpüsündə partlayış anı: Hərəkət dayandı – FOTO/VİDEO

Sharing is caring!

Krım körpüsündə yük qatarında yanacaq çəni partlayıb. Sosial şəbəkələrdə hadisənin başvermə anı ilə bağlı görüntülər yayılıb.

Krım Dəmir Yolları hadisə ilə bağlı məlumat yayıb. Şirkətdən bildirilir ki, yanğın qatarın quyruq hissəsində başlayıb.

“Lokomotiv vaqonların bir hissəsi ilə stansiyaya gətirilib. Hazırda yanğının söndürülməsi üçün işlər aparılır. Hadisənin səbəbləri araşdırılır”, – deyə KDY-dən bildirilib.

Həmçinin vurğulanır ki, naviqasiya tağlarına ziyan dəyməyib.

Krım körpüsü nəqliyyat vasitələri üçün müvəqqəti bağlanıb.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir