Dünya

Bayden ABŞ kəşfiyyat orqanlarının Aİ sakinlərinin şəxsi məlumatlarına çıxış imkanlarını məhdudlaşdırdı

Sharing is caring!

ABŞ Prezidenti Co Bayden ABŞ kəşfiyyat orqanlarının fəaliyyəti ilə bağlı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, ABŞ kəşfiyyat orqanlarının Avropa İttifaqı sakinlərinin şəxsi məlumatlarına çıxış imkanları məhdudlaşdırılır.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Sərəncam ABŞ Ədliyyə Departamentinin tərkibində yeni orqanın yaradılmasını nəzərdə tutur. Yeni orqan ABŞ milli təhlükəsizlik orqanlarının həm Avropa, həm də ABŞ vətəndaşlarından məlumatı necə qəbul etməsinə və istifadə etməsinə nəzarət edəcək və Məlumatların Mühafizəsi Məhkəməsi rolunu oynayacaq.

Həmçinin sərəncama əsasən, ABŞ Milli Kəşfiyyat Direktoru Ofisinin (kəşfiyyat orqanlarının fəaliyyətinə nəzarət edən qurum) vətəndaş azadlıqları məsələləri üzrə məmurlarının səlahiyyətlərini genişləndirilir. Bu addım vətəndaşların şəxsi həyatın toxunulmazlığı hüquqlarının mümkün pozulması hallarını araşdırmaq məqsədi daşıyır.

Bundan əlavə, ABŞ Prezidentinin sərəncamında qeyd edilir ki, kəşfiyyat agentlikləri yalnız milli təhlükəsizlik üzrə xüsusi, müəyyən edilmiş məqsədlər üçün məlumat toplaya bilər.

Sənəd ABŞ və Aİ arasında şəxsi məlumatların mühafizəsi üzrə yeni transatlantik sazişin bağlanması istiqamətində bir addım hesab edilir. Sənədin 2023-cü ilin martında imzalanması gözlənilir.

Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir