Dünya

Avropa Liqasının oyunları bir dəqiqəlik sükutla başlayacaq

Sharing is caring!

Bu həftə UEFA Avropa Liqasının qrup mərhələsinin bütün oyunları bir dəqiqəlik sükutla başlayacaq.

Məlumatı UEFA-nın rəsmi saytı dərc edib.

Qeyd olunur ki, İndoneziya çempionatında “Arema”-“Persebaya” klubları arasında baş tutan (2:3) oyundan sonra baş verən iğtişaşlar nəticəsində dünyasını dəyişənlərin xatirəsinə ehtiram əlaməti olaraq matçlar bir dəqiqəlik sükutla başlayacaq.

Xatırladaq ki, Ağdamın “Qarabağ” klubu bu həftənin cümə axşamı UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanda “Olimpiakos” klubunun qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir