Dünya

Türkiyə TŞ xarici dövlətləri Şimali Kipirin müstəqilliyini tanımağa çağırdı

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Dörd saat davam edən toplantıdan sonra Şura tərəfindən yazılı açıqlama yayılıb.

Açıqlamada iclasın başlıca mövzusunun Yunanıstanın təxribat xarakterli addımları ilə bağlı olduğu bildirilib.

“Beynəlxalq hüquq və müqavilələrdən irəli gələn öhdəliklərinə əməl etmək çağırışlarımıza baxmayaraq, qeyri-qanuni tətbiqlərindən əl çəkməyən Yunanıstanın xüsusilə də bu günlərdəki təxribat xarakterli hərəkətləri təfərrüatı ilə müzakirə olunub”, – sənəddə vurğulanıb. Qeyd olunub ki, “millətimizin hüquq və mənafeləri qanun çərçivəsində qorunacaq”.

Həmçinin, iclasda terror təşkilatlarına qarşı ölkə daxilində və xaricində həyata keçirilə biləcək tədbirlər ətrafında müzakirələr aparılıb.

Bununla yanaşı, açıqlamada bütün ölkələrə Şimali Kipir Türk Cumhuriyyətinin müstəqilliyini tanımağa çağırış edilib və Kipr türklərinin hüquqlarının bundan sonra da müdafiə olunacağı bildirilib.

“ABŞ-ın Kipr respublikasına qarşı silah embarqosunu ləğv etmə qərarı müzakirə edildi. Şərqi Aralıq dənizində sülh və sabitliyə mənfi təsir göstərəcək bu qərardan geri dönməyə çağırışı edilib”, – deyə sənəddə qeyd olunub.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir