Dünya

Latviyanın Rusiya ilə sərhəd bölgələrində fövqəladə vəziyyət rejimi tətbiq edildi

Sharing is caring!

Rusiyada Ukraynaya qarşı müharibədə elan edilmiş qismən səfərbərlik fonunda Latviya hökuməti Rusiya Federasiyası ilə həmsərhəd rayonlarda fövqəladə vəziyyət rejimi tətbiq edir.

Bu gündən tətbiq edilən tədbirlər üç ay müddətinə qüvvədə olacaq.

Hazırda Latviya-Rusiya sərhədində vəziyyət sabit, sakit və ciddi nəzarət altındadır, lakin rusların kəskin axını riski var.

Sərhəddən qeyri-qanuni keçmək cəhdlərinin qarşısını almaq üçün artıq gücləndirilmiş nəzarət tədbirləri həyata keçirilir.

Mənbə: DW

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir