Dünya

İsrail ordusu Qəzza zolağındakı əməliyyatlarda dörd saatlıq fasilə elan edib

Sharing is caring!


İsrail hərbçiləri Qəzza zolağının mərkəzi hissəsində yerli sakinlərə həyati əhəmiyyətli ləvazimatları çatdırmaq imkanı yaratmaq üçün döyüş əməliyyatlarına dörd saatlıq fasilə verib.

Bu barədə İsrail hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirilməsi İdarəsi (COGAT) məlumat yayıb.

Bildirilib ki, fasilə yerli vaxtla 10:00-dan 14:00-a qədər (Bakı vaxtı ilə saat 12:00-dan 16:00-a qədər) olan müddəti əhatə edir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir