Dünya

Yük maşınında İstanbula gətirilən yüzlərlə miqrant saxlanıldı – VİDEO

Sharing is caring!

Qeyri-qanuni yolla Türkiyənin İstanbul şəhərinə gələn yüzlərlə miqrant saxlanılıb.

Maraqlıdır ki, hüquq-mühafizə orqanları qanunsuz miqrasiya edənlər barədə məlumatı sosial şəbəkələrdən öyrəniblər.

Belə ki, sakinlərdən biri yük maşınının kuzasından düşən miqrantların görüntülərini çəkərək ictimailəşdirib.

Polis İstanbulun Qaziosmanpaşa rayonunun əsas yollarını nəzarətə götürüb və Türkiyəyə qeyri-qanuni yolla daxil olan 120 nəfər saxlanılıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir