Dünya

Serbiya Rusiyanın “referendumlarını” tanımayacaq

Sharing is caring!

Serbiya Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində keçirdiyi “referendumları” tanımayacaq.

Bu barədə Serbiyanın xarici işlər naziri Nikola Selakoviç bildirib.

Medianın “referendumlar”la bağlı sualına Selakoviç cavab verib ki, Serbiya beynəlxalq hüququn prinsiplərini və öz maraqlarını nəzərə alaraq, onların nəticələrini tanıya bilməz.

“Birincisi, biz beynəlxalq hüququn prinsiplərinə və BMT Nizamnaməsinə əsaslı şəkildə riayət edirik. İkincisi, bu, bizim dövlət və milli maraqlarımıza, ərazi bütövlüyümüzün, suverenliyimizin və sərhədlərin toxunulmazlığı prinsiplərimizin qorunması siyasətimizə tamamilə zidd olardı”, – Selakoviç izah edib.

Mənbə: unian.net

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir