Dünya

Moskvada əlliyə yaxın adam “Ostankino” qülləsində çətin vəziyyətdə qalıb – VİDEO

Sharing is caring!

Rusiyanın paytaxtı Moskvada əlliyə yaxın adam “Ostankino” qülləsində çətin vəziyyətdə qalıb.

Yenidənqurmadan sonra iki məktəbli qrupu və digər turistlər “Ostankino” qülləsini ziyarət etmək qərarına gəliblər.

Güclü külək səbəbindən liftlər fəaliyyətini dayandırıb. Məlumata görə, küləyin sürəti 19 m/s olan zaman liftlər avtomatik olaraq dayanır.

Rəhbərlikdən bildirilib ki, bu, qorxulu hal deyil, məktəblilərə və digər turistlərə artıq su verilib.

Ölən və yaralananlar olmayıb. Mərtəbədə gözləyən bəzi uşaqlar döşəməyə uzanıblar. Bəziləri isə yuxuya gediblər.  

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir