Cəmiyyət

Hacıqabulda QƏZA: Xəsarət alanlar var

Sharing is caring!


Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsində 3 nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil digər avtomobillə toqquşub. Qəza nəticəsində Hacıqabul rayon sakinləri 1992-ci il təvəllüdlü Samir Məmmədhəsən oğlu Məmmədzadə, 1989-cu il təvəllüdlü Sahil Gülqardaş oğlu Zülfüqarov və Salyan rayon sakini 1996-cı il təvəllüdlü Ağaqardaş Fərhad oğlu Dadaşov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir