Dünya

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ı hədələdi

Sharing is caring!

“ABŞ Ukraynanı daha uzaqmənzilli raketlərlə təchiz etmək qərarına gəlsə, onlar “qırmızı xətt”i keçmiş olacaq və bununla da münaqişənin birbaşa iştirakçısına çevriləcəklər”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.

“Amerika Birləşmiş Ştatları Ukraynada hərbi əməliyyatların mümkün qədər uzadılmasında maraqlıdır. Həmçinin də vəziyyətə nəzarəti ələ keçirmək istəyindədir və bu istəyini də nümayiş etdirir. Yəni söhbət ABŞ-ın birbaşa hərbi əməliyyatlarda iştirakından gedir”, – deyə o vurğulayıb.

Diplomatın sözlərinə görə, ABŞ Kiyevi daha uzaqmənzilli raketlərlə təchiz etmək qərarına gəlsə, Rusiya buna adekvat cavab vermək hüququnu özündə saxlayacaq.

Mənbə: Vedomosti.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir