Cəmiyyət

Zaqatalada qanunsuz ov edən qohumlar saxlanıldılar – FOTO

Sharing is caring!

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Uzunqazmalar kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı onların rayon sakinləri, qohumlar – İlqar Bayramovla Bəxtiyar Musayev olduqları müəyyən edilib.

Həmin şəxslərdən müvafiq sənədləri olmayan iki ov tüfəngi və həmin silaha aid patronlar, eləcə də ovladıqları çöl heyvanının əti aşkar edilərək götürülüb.

İ.Bayramov və B.Musayev barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir