Dünya

“Salvador Dali” polisi bıçaqlamağa cəhd etdi – VİDEO

Sharing is caring!

Rusiyanın Vladivostok şəhərində bir gənc polisi bıçaqlamağa cəhd edib.

O, Salvador Dali maskasında olub.

İlkin ehtimallara görə, sosial şəbəkələrdə naməlum şəxslər ona bunun üçün xeyli məbləğdə pul verəcəklərini vəd ediblər.

Gənc əvvəlcə polisin üzünə bibər qazı sıxıb, sonra isə bıçaqla vurmaq istəyib. Polis hücum cəhdinə tez reaksiya verib və müqavimət göstərib. O, gənci saxlamağa çalışıb. Lakin gənc fəal müqavimət göstərərək qaçmağa cəhd edib. Bu zaman polis havaya atəş açıb.

O da nəticə vermədikdə gəncin ayağına zərbə vurmalı olub.

Omba nahiyəsindən yaralanan 16 yaşlı gənc xəstəxanaya çatdırılıb.

Polis əməkdaşı xəsarət almayıb.

Mənbə: “SHOT” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir