Dünya

Aİ nümayəndəsi Azərbaycan və Ermənistana təcili səfər edəcək

Sharing is caring!

“Son saatlarda Ermənistan və Azərbaycan sərhədində ciddi döyüşlər gedir, insan tələfatı qeydə alınır. Döyüş əməliyyatlarının dayandırılması və danışıqlar masasına qayıdış mütləqdir”.

Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bəyan edib.

“Prezident Mişel (Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel – red.) hər iki ölkənin liderləri ilə əlaqə saxlayır və mən bu gün müvafiq ölkələrin xarici işlər nazirləri ilə danışmışam. Aİ təhlükəsiz, firavan və sülh içində olan Cənubi Qafqazın ümumi məqsədinə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında vicdanlı vasitəçi kimi fəaliyyət göstərməyə davam etməyə sadiqdir.

Aİ-nin xüsusi nümayəndəsi Toyvo Klaar gərginliyi azaltmanı dəstəkləmək, Ermənistan və Azərbaycan liderləri arasında Brüsseldəki dialoq prosesində növbəti addımları müzakirə etmək üçün dərhal iki ölkəyə səfər edəcək”, – diplomatın bəyanatında qeyd olunub.

Mənbə: Eeas.europa.eu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir