Dünya

Qazaxıstan paytaxtının adı yenidən dəyişdirilə bilər

Sharing is caring!

“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublika parlamentinin bir qrup deputatının təşəbbüsündən xəbərdardır. Təşəbbüs Nur-Sultan şəhərinə əvvəlki – Astana adının qaytarılmasını nəzərdə tutur”.

Bu barədə sentyabrın 13-də jurnalistlərə prezidentin mətbuat katibi Ruslan Jeldibay məlumat verib.

“Parlamentarilərin təklifi dövlət başçısının razılığı ilə Konstitusiya qanunu layihəsinə daxil edilib”, – deyə Jeldibay bildirib.

O əlavə edib ki, Tokayev Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin respublikanın formalaşmasında rolunu tarixi baxımdan həlledici olaraq dəyərləndirir.

Xatırladaq ki, sentyabrın 2-də “Jana Qazaxstan” (“Yeni Qazaxıstan”) parlamentinin bir qrup deputatı Nur-Sultan adının Astana olaraq dəyişdirilməsi təklifi ilə çıxış etmişdi. Bildirilmişdi ki, bir adamın adının sağlığında şəhərə verilməsi düzgün deyil.

Mənbə: Regnum.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir