Dünya

Ukraynada azərbaycanlılar hərbi birləşmə yaratdılar – VİDEO

Sharing is caring!

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Xarkov, Krivoy Roq, Nikolayev, Sumı istiqamətində ağır döyüşlər gedir.

Qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 50 km irəliləyərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edib.

O da bildirilib ki, Ukraynada yaşayan azərbaycanlılar ilk dəfə İvano-Frankovsk vilayətində ərazi özünümüdafiə qüvvələrinin tərkibində hərbi birləşmə yaradıblar. 

“Birləşmənin 30-a yaxın əsgəri var, komandiri də azərbaycanlıdır”, – deyə əlavə edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir