Dünya

Roma Papası: “Biz hissə-hissə üçüncü dünya müharibəsinin şahidi oluruq”

Sharing is caring!

Roma Papası Fransisk Avropada “xüsusilə çətin müharibə” şəraitində nüvə eskalasiyası riskindən narahat olduğunu bildirib.

Bu barədə pontifik cümə axşamı müxtəlif ölkələrdəki diplomatik nümayəndələrilə görüşü zamanı bəyan edib.

“Təəssüflər olsun ki, Avropa və bütün dünya beynəlxalq hüququ pozan və nüvə eskalasiyası riski yaradan, iqtisadiyyat və cəmiyyət üçün ağır nəticələrə səbəb olan xüsusilə ağır müharibə ilə sarsılır. Biz hissə-hissə üçüncü dünya müharibəsinin şahidi oluruq”, – deyə Papa vurğulayıb.

Qeyd edək ki, Frensis ilk dəfə deyil ki, dünyanın müxtəlif yerlərini bürümüş üçüncü dünya müharibəsi tezisi ilə çıxış edir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir