Dünya

Türkiyədə iş adamı kirayənişini tərəfindən öldürüldü

Sharing is caring!

Türkiyənin Batman şəhərində iş adamı Suat Özperk kirayənişini tərəfindən silahla öldürülüb.

İş adamı ilə kirayənişini arasında mübahisə yaşanıb. Mübahisə böyüyüb və kirayənişin tapançadan ev sahibinə atəş açıb.

İnsident barədə məlumat alan polis və təcili yardım briqadaları hadisə yerinə göndərilib.

Lakin iş adamının həyatını xilas etmək mümkün olmayıb.

Qatil polislər tərəfindən saxlanılıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir