Şou-Biznes

“Qaya” da dərd çəkərmiş – Məşhur aktyor psixi problemlərindən danışdı

Sharing is caring!

Hollivud ulduzu və restler Dueyn Conson depressiya xəstəsi olduğunu bildirib.

Lent.az-ın “The Hollywood Reporter”-a istinadən xəbərinə görə, aktyor uzun illər depressiya ilə fəal mübarizə apardığını və bu xəstəliyin xroniki daşıyıcısına çevrildiyini etiraf edib.

“Qaya” ləqəbli ulduz hələ kollec illərindən psixoloji problemlərdən əziyyət çəkdiyini bildirib. O, bir müddət gözdən uzaq qalmaq, yox olmaq istəyib və hətta kollec imtahanlarını belə verməyib. 

Birinci arvadından ayrılanda da ağır depressiya keçirdiyini deyən aktyor bildirib ki, indi 3 qızı və xanımı Loren Xaşian onu xəstəliklərdən qoruyan mələkləridir.
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir