Müsahibə

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb – MÜSAHİBƏ + FOTO

Orta Dəhlizin vacib seqmenti hesab olunan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan təmir-genişləndirmə işləri artıq yekunlaşıb. 2023-cü ildən aktiv şəkildə həyata keçirilən layihənin tamamlanması ölkəmizi Şərq-Qərb marşrutu üzərində mühüm nəqliyyat qovşağına çevirəcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov BTQ dəmir yolu xəttində aparılan modernləşdirmə işləri və yolun genişləndirilməsinin ölkəmizin tranzit potensialının […]

Cəmiyyət

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. Oxu.Az xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. Xeberal.az

Dünya

İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı – VİDEO

İstanbulun Bəyoğlu rayonunda məktəb tikintisi zamanı fəhlələr 30 mərmi aşkar ediblər. Sursat qazıntı işləri zamanı tapılıb. Hadisə Bəyoğlu rayonundakı İmam Hatip liseyi binasının tikinti meydançasında baş verib. İstanbul Valiliyindən bildirilib ki, tapılan korroziyaya uğramış minaatan mərmiləridir və onlar məhv edilmək üçün müvafiq orqanlara təhvil veriləcək. Mənbə: İHA Xeberal.az

Cəmiyyət

Altı gündür axtarışda olan Nigar tapıldı: “Anamın telefonunu qırıb, suya atdım” – YENİLƏNİB + VİDEO

Tərtərdə itkin düşən və altı gündür axtarışda olan Nigar tapılıb. Bu barədə Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində məlumat verilib. Nigar barəsində yayılan iddialar barədə danışıb. O bildirib ki, evdən qaçaraq Tərtərdən Bərdəyə getmək istəyib: “Anamın telefonunu qırıb, suya atdım. Bərdəni tanıdığım üçün oraya getmək istədim”. Ətraflı süjetdə: 10:04 Tərtərdə itkin düşən 15 yaşlı Nigar Məhərrəmli ilə […]

Dünya

TBMM sədrindən Fransa Parlamentinə CAVAB

Fransa Milli Assambleyasının qətnaməsi tarixi reallıqlarla ziddiyyət təşkil edir, belə sənədlər yalnız parlamentlərin reputasiyasını ləkələyir. Bu barədə Türkiyə parlamentinin sədri Numan Kurtulmuşun Fransa Milli Assambleyasının sədri Yael Braun-Piveyə aprelin 29-da fransalı qanunvericilərin assurlar və keldanilərlə bağlı qəbul etdiyi qərəzli qətnamə ilə bağlı yazdığı məktubda deyilir. O, Ankaranın Parislə parlament əlaqələri qurmaq cəhdləri fonunda Milli Assambleyanın […]

Dünya

Sudan prezidentinin oğlu Türkiyədə öldü

Sudan prezidenti Əbdülfəttah əl-Burhanın oğlu Mohamed A.Fəttah əl-Burhan Rəhman Türkiyədə vəfat edib. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, Rəhman Ankarada motosiklet idarə edərkən ağır qəzaya düşüb və bir müddət xəstəxanada qalıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Mənbə: Haber Global Xeberal.az

Cəmiyyət

Xırdalanda direktor “fond pulu” tələb etdi, bağça nəzarətə götürüldü – YENİLƏNİB + VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb. Oxu.Az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazısı barədə məlumatlıdırlar. Məlumata görə, hazırda Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti Məktəbəqədər və Ümumi […]

Cəmiyyət

Həbsdə olan generalın müraciəti geri qaytarıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. APA xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı müraciətinin geri qaytarıldığı bildirilib. Buna səbəb kimi onun ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi göstərilib. Qeyd olunub […]

Cəmiyyət

Məktəblilər arasında bıçaqlanma – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Kəlbəcərdə baş verən yol-nəqliyyat hadisəsində hərbi qulluqçu həyatını itirdi. Digər yaralı hərbçilərdən nə xəbər var? Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirdi. Gəncədə və Tovuzda hansı idarənin vəzifəli şəxsləri saxlanıldı? Ukrayna cəbhədə mövqelərindən geri çəkilir. Rusiyanın müdafiə naziri Serqey Şayqu Kiyevin itkilərini açıqladı. Məktəblilər arasında bıçaqlanma. […]

Müharibə

Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək – VİDEO

“Anatolian Phoenix – 2024” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri Türkiyə Respublikasının Konya şəhərinə gediblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycanı Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edəcək. Mayın 17-dək davam edəcək hərbi təlimlərdə […]