Hadisə

Xətai icra hakimiyyəti vətəndaşları evlərindən məcburi çıxardır – ÖZBAŞINALIQ

Bakı şəhər Xətai rayonu Babək prospekti Süleyman Vəzirov 49 ünvanında yaşayan sakinlər redaksiyamıza şikayət ediblər. Onlar bildiriblər ki, evləri plana düşüb və onları ərazidən çıxarmaq üçün evlərinin 1 kvadratmetrinə 1250 manat pul təklif edilir.Sakinlər isə bu təklifə razı deyillər. Onlar deyiblər ki, təklif olunan məbləğlə nə Bakıda, nə də Bakıətrafı kəndlərdə ev almaq mümkün deyil. […]

Siyasət

28 May – Müstəqillik Günü

28 may 1918-ci il Milli Azərbaycan Hərəkatının ən böyük günüdür. Bu şanlı tarixə gələn uzun yolda Azərbaycanın vətənpərvər, milli şüurlu ziyalıları xalqımızda milli oyanış, milli dirçəliş fikirlərini yaratmağa çalışmış və xeyli işlər görmüşlər. Ü.Hacıbəyov, C.Məmmədquluzadə, Ə.Ağayev, Ə.Hüseynzadə, F.Köçərli, N.Nərimanov, M.S.Ordubadi və bir çox ziyalılar Azərbaycan xalqında azadlıq, milli ruh əhval-ruhiyyəsinin inkişaf etməsində xidmətlər göstərmişlər. 28 […]

Cəmiyyət

Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir

Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb. Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Strateji Tərəfdaşlıq Bəyannaməsində qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, ümumilikdə 14 sənəd imzalanıb. İmzalanmış sənədlər münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir.Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli […]

Cəmiyyət

Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb.

İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Bu münasibətlər dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və əlaqələrin daha da möhkəmləndirilməsində özünü […]

Cəmiyyət

COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik

Azərbaycanın yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək bir ölkə kimi seçilməsi dövlətimizin daha bir uğuru, eləcə də qlobal miqyasda güclü diplomatiyasının göstəricisidir. Əlbəttə ki, Azərbaycanın beynəlxalq miqyaslı – BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurla sədrlik etməsi ona göstərilən etimadın, inamın göstəricisidir. 2024-cü il COP29-a ev sahibliyi […]

Cəmiyyət

Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq.

Artıq Azərbaycan beynəlxalq aləmdə sabitlik məkanı imicini qazanmışdır. Elə buna görə də əksər nüfuzlu beynəlxalq qurumlar öz tədbirlərini Azərbaycanımızda keçirməyə önəm verirlər. Artıq dövlətmiz bu sahədə lazımi səviyyədə təcrübə əldə etmişdir. Son illər Bakıda önəmli beynəlxalq tədbirlərin qeyd edilməsi fasiləsiz xarakter almasının da əsas səbəblərindən biri təhlükəsizliyin tam təmin olunması və insidentsiz sonlanmasıdır. İşğaldan azad […]

Cəmiyyət

Təminatlı inkişaf.

Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib”. “Yetmiş il sonra – 1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib”. Ulu Öndər […]

Cəmiyyət

Milli dövlətçilik ənənələri

XX yüzilliyin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir. Tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış qədim insanın – Azıx adamının (Azıxantrop) çənə sümüyü […]

Cəmiyyət

Müstqil dövlətimiz qürur mənbəyimizdir

Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. Dövlət müstəqilliyinin bərpası ilə bağlı 1991-ci il oktyabrın 8-də başlanan Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında müzakirələr 4 gün davam etdi. Nəhayət, 1991-ci […]

Cəmiyyət

Müstəqilliyimizın sədaları dünya meridianlarında

Azərbaycan Xalq Cümhuriyyətinin 106-cı ildönümününqeyd edilməsi ölkəmizdə və beynəlxalq aləmdə böyük rəğbətlə qarşılanır.Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırmışdı. Bu, eyni zamanda, İslam dünyası üçün də mühüm hadisə hesab olunurdu. Çünki müsəlman Şərqində ilk dəfə olaraq müstəqil demokratik respublika yaranmışdı. Ulu öndər bu tarixi hadisənin böyük əhəmiyyət kəsb etdiyini […]