Dünya

Konqonun paytaxtı yer üzündən silinə bilər

Tez-tez baş verən daşqınlar və qlobal iqlim dəyişikliyinin təsirləri səbəbindən Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasa yer üzərindən silinmə təhlükəsilə qarşılaşıb. Bu fikri Konqo çayının sahilində yerləşən 18 milyon əhalisi olan şəhərin senatoru Didye Mumenqi deyib. “Xatırladaq ki, Konqo çayının daşqınları 1961-ci ildə artıq kritik həddə çatmışdı. Paytaxt ilk dəfə demək olar ki, tamamilə suya […]

Dünya

Filippo İndzaqi “Salernitana”nın baş məşqçisi vəzifəsindən azad edilib

İtaliyanın “Salernitana” futbol klubu baş məşqçi Filippo İndzaqini vəzifəsindən azad edib. Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, İndzaqi 2023-cü ilin oktyabrında İtaliya klubuna başçılığı öz üzərinə götürüb. “Salernitana” 24 turdan sonra İtaliya çempionatının turnir cədvəlində 13 xalla sonuncu, 20-ci yerdədir. Klub ardıcıl altı oyunda qalib gələ bilməyib. Mənbə: TASS Xeberal.az

Dünya

Rusiyalılar və ukraynalılar birləşərək çinli turistləri xilas etdilər – VİDEO

Tailanddakı rusiyalılar və ukraynalılar ekskursiya zamanı qəzaya uğrayan çinli turistləri xilas ediblər. Məlumata görə, çinliləri daşıyan qayıq Krabi əyalətindəki Honq adasına gedərkən batıb. Yeddi turist gəminin kapitanı ilə birlikdə özlərini suya atıblar.  Qəza yerində güclü dalğalar olub, buna görə turistlər digər gəmilərdən görünməyiblər. 15 dəqiqə suda çırpınan insanları yaxınlıqdan keçən və içərisində Rusiyadan, Ukraynadan, eləcə […]

Dünya

Mbappenin anası “Real Madrid” ilə münaqişə yaşayır

“Paris Sen-Jermen” və Fransa millisinin futbolçusu Kilian Mbappenin anası Fayza Lamari “Real Madrid” rəhbərliyi ilə münaqişə yaşayır. Qeyd olunur ki, forvardın agenti kimi fəaliyyət göstərən Lamari futbolçunun özünün buna hazır olmasına baxmayaraq, güzəştə getmək istəmir. “Real” isə transferi yalnız öz şərtləri ilə təşkil etmək istəyir. Xatırladaq ki, fevralın 3-də 25 yaşlı fransız futbolçunun 2024-cü ilin […]

Dünya

Tramp Teylor Svifti Baydendən daha çox dəstəklədiyini bildirib

“Müğənni Teylor Svift qarşıdan gələn prezident seçkisində ABŞ prezidenti Co Baydeni dəstəkləməməlidir, çünki indiki ABŞ administrasiyası onun üçün heç nə etməyib”. Bu fikri ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib. O qeyd edib ki, onun ABŞ hökumətinə rəhbərlik etdiyi dövrdə Musiqinin Müasirləşdirilməsi Aktı qəbul edilib və bu qanun onun lisenziyalaşdırılması və müvafiq olaraq müəlliflik hüququndan vəsait […]

Siyasət

Paşinyan: “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var”. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “The Telegraph” qəzetinə müsahibəsində bildirib. “Əslində, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb və ötən ilin sonunda bizə elə gəldi ki, yekun müqavilənin son razılığına çox yaxınıq”, – […]

Dünya

İspaniya La Liqası: “Atletiko” səfərdə “Sevilya”ya məğlub oldub – VİDEO

İspaniya La Liqasının 24-cü turunda “Sevilya” və “Atletiko Madrid” komandalarının qarşılaşması baş tutub. Oxu.Az xəbər verir ki, komandalar Sevilyadakı “Ramon Sançez Pisxuan” stadionunda qarşılaşıblar. Görüşün baş hakimi kimi Xavyer İqlesias Vilyanueva çıxış edib. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayıb. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Sevilyalıların yeganə qolunu 15-ci dəqiqədə yarımmüdafiəçi İsaak Romero […]