Dünya

Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb

Filippinin cənubundakı Davao de Oro əyalətində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 54-ə çatıb, daha 63 nəfər isə hələ də itkin düşmüş hesab olunur. Bu barədə yerli hakimiyyət orqanları məlumat veriblər. Qeyd olunub ki, təxminən doqquz hektar ərazidə aparılan axtarış-xilasetmə əməliyyatlarına hərbçilər də daxil olmaqla 500-ə yaxın insan cəlb olunub. Sürüşmənin hündürlüyünün 30-50 metr arasında […]

Cəmiyyət

Yaşadığı yer üzrə qeydiyyata düşmək istəyən şəxslər nə etməlidirlər? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Artıq qeydiyyatı olmayan vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər. Hətta evinin çıxarışı olmayanlar belə, əllərində olan müvafiq sənədləri təqdim etməklə qeydiyyata alınırlar. Bakıda insanların qeydiyyatı ilə bağlı problemlər illərdir ki, bitmir. Ötən ildən daimi qeydiyyatı olmayanlar qanuna uyğun olaraq cərimələnsə də, bu problemin həlli yolu deyil. Çünki paytaxtda sənədsiz evlərin çox olması, “kupça”sız yeni […]

Dünya

Türkiyədə zəlzələ oldu – FOTO/VİDEO

Türkiyənin Hakkari bölgəsində 4,4 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanlar səhər saatlarında Hakkarinin Yüksekova rayonunda qeydə alınıb. Bildirilib ki, zəlzələnin ocağı yerin 5,74 kilometr dərinliyində olub. #DEPREM Büyüklük:4.4 (Ml) Yer:Yüksekova (Hakkari) Tarih:2024-02-11 Saat:07:36:29 TSİ Enlem:37.40194 N Boylam:43.98944 E […]

Dünya

Kamerunda partlayış: Məktəblilər ölüb

Kamerunun şimal-qərbində Milli Gənclər Gününün qeyd edilməsi zamanı partlayış baş verib. Hadisə Nkamba şəhərində qeydə alınıb. Yerli polis partlayış nəticəsində məktəblilər arasında çoxlu sayda insan tələfatının olmasından ehtiyat edir. Onların sayı açıqlanmır. Bildirilir ki, Kamerunun qərbində ingilisdilli ərazilər əsasında öz dövlətini yaratmağa çalışan separatçı təşkilat fəaliyyət göstərir. İnsidentdə məhz bu qurumun əli olduğu güman edilir. […]

Cəmiyyət

Son günlər müşahidə olunan isti havalar kənd təsərrüfatına ziyan vura bilər – ARAŞDIRMA

Son günlər ölkə ərazisində hava şəraiti mövsümə uyğun olmayaraq əsasən yağmursuz və isti keçir. “Report” havaların quraq və günəşli keçməsinin kənd təsərrüfatına mənfi təsirlərini araşdırıb. Kənd təsərrüfatı mütəxəssisi Mirsahib Zəkiyev bildirib ki, qış aylarında havaların isti keçməsi məhsuldarlığa mənfi təsir edir: “İsti hava meyvə ağaclarının tez tumurcuqlanmasına gətirib çıxarır. Amma qəfil düşəcək şaxta cücərmiş bitkiləri məhv […]

Cəmiyyət

Şəmkirdə yaşayış evində yanğın olub – FOTO

Şəmkir rayonunun Qaracəmirli kəndində yanğın olub. “Report”un məlumatına görə, yanğın rayon sakini, 1954-cü il təvəllüdlü T.Quliyevə məxsus ümumi sahəsi 182 kvadratmetr olan evə bitişik 27 kvadratmetr qarajda 10 kvadratmetr sahədə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb. Qarajın digər sahələri, həmçinin […]

Dünya

Rusiyada məktəbin damı çökdü

Rusiyanın Orenburq vilayətinin Donskoy kənd məktəbinin idman zalının damı uçub. Bu barədə region üzrə İstintaq İdarəsi məlumat yayıb. “Bazar günü Krasnoqvardeysk rayonunun Donskoy kəndində yerləşən Krasnoqvardeyskaya gimnaziyasının binasının təmiri zamanı vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində idman zalında tavan plitələri uçub. Xəsarət alan olmayıb”, – məlumatda deyilir. İlkin versiyaya görə, dam örtüyü son vaxtlar Orenburq vilayətində yağan […]

İqtisadiyyat

Dolların hökmranlığına son qoyulur? – VİDEO

Sıralarını genişləndirməkdə olan “BRICS Plus” ölkələrinin ortaq valyuta buraxacaqları ilə bağlı iddialar ABŞ dollarının beynəlxalq ödəmələrdəki statusunu sual altında qoyur. Bu iddianı gücləndirən başlıca səbəb isə “BRICS Plus” ölkələrinin dünya iqtisadiyyatında payının sürətlə artmasıdır. Hesab edilir ki, yeni valyuta ABŞ dollarından fərqli olaraq bir yox, bir neçə ölkənin iqtisadiyyatına bağlı olacaq. Bu baxımdan maraqlıdır, yaxın […]

İqtisadiyyat

Dolların hökmranlığına son qoyulur? – VİDEO

Sıralarını genişləndirməkdə olan “BRICS Plus” ölkələrinin ortaq valyuta buraxacaqları ilə bağlı iddialar ABŞ dollarının beynəlxalq ödəmələrdəki statusunu sual altında qoyur. Bu iddianı gücləndirən başlıca səbəb isə “BRICS Plus” ölkələrinin dünya iqtisadiyyatında payının sürətlə artmasıdır. Hesab edilir ki, yeni valyuta ABŞ dollarından fərqli olaraq bir yox, bir neçə ölkənin iqtisadiyyatına bağlı olacaq. Bu baxımdan maraqlıdır, yaxın […]

Siyasət

Növbədənkənar prezident seçkisində namizədlərin topladığı yekun səslər məlum oldu

Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində namizədlərin topladığı yekun səslər məlum olub. “Report”un xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının prezident seçkilərinə dair protokolunda öz əksini tapıb. Beləliklə, İlham Əliyev 92,12 % (4 567 458 səs) səslə seçkilərin qalibi olub. Digər namizədlərin səs faizi aşağıdakı kimidir: Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc – […]