Dünya

Mərakeşdə bina uçub, beş nəfər ölüb

Mərakeşin Fes şəhərində köhnə üçmərtəbəli binanın uçması nəticəsində azı beş nəfər həlak olub. Qeyd olunur ki, faciə Zkak-Rumman məhəlləsində baş verib. İlkin məlumata görə, hadisə ilə bağlı ilkin versiya kimi binanın yararsız vəziyyətdə olması və son günlər yağan güclü yağışların tikilinin konstruksiyalarını zəiflətməsi göstərilir. Ölənlərdən üçü kişi, ikisi isə qadındır. Verilən məlumata görə, bina dağılan […]

Cəmiyyət

Oğuzda məhəllələri bir-birindən ayırmaq üçün maraqlı addım – VİDEO

Oğuzun Xaçmazqışlaq kəndinin məhəllə və döngələrini bir-birindən ayırd etmək üçün tanıdıcı lövhələr qoyulub. Bu lövhələrdə hər məhəllənin adına uyğun olaraq Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət xadimlərinin şəkilləri əks olunub. İdeyanı həyata keçirən şəxs də elə kənd sakinlərindən biridir. İTV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: Xeberal.az

Siyasət

Düşməni bir anda məhv edəcək “Akıncı” pilotları danışdılar – VİDEO

Düşməni bir anda məhv edəcək “Akıncı” hücum PUA-larının pilotları danışıblar. Türkiyədə sözügedən PUA-nın idarə edilməsi ilə bağlı təlimlərdən keçən azərbaycanlı pilotlar AzTV-yə açıqlamalar veriblər. Qeyd edək ki, sözügedən pilotlar 44 günlük Vətən müharibəsinin qəhrəmanlarıdırlar. Onlar qardaş ölkədə PUA-ların idarə edilməsi ilə bağlı öyrəndikləri sirləri hazırda həmkarları ilə bölüşürlər. Ətraflı süjetdə: Xeberal.az

Cəmiyyət

Meyvələrə kimyəvi maddə vurulduğu iddia edilir: Xərçəng xəstəliyi yarada bilər – VİDEO

Son zamanlar bazarlarda satılan meyvələrə, xüsusən də xarici ölkələrdən gətirilənlərə parafin vurulduğu iddia edilir. Xezerxeber.az-ın məlumatına görə, alıcılar deyirlər ki, bu maddə məhsulların daha uzunömürlü olması və parlaq görünməsi üçün tətbiq edilir. Satıcılar isə bu iddialarla razılaşmırlar. Onlar bildirirlər ki, məhsulların parlaq görünməsinin səbəbi parafin deyil, meyvənin öz şirəsi bu cür görüntü yaradır. Qida ekspertləri […]

Cəmiyyət

Mənzil bazarında son durum: Bakının iki rayonunda kirayə mənzillər daha bahadır – VİDEO

Bu il Bakıda kirayə mənzillər bahalaşıb. Xezerxeber.az-ın məlumatına görə, əmlak ekspertləri deyirlər ki, qiymət artımı əsasən özünü mərkəzi hissələrdə, xüsusilə Nəsimi və Səbail rayonlarının dənizkənarına yaxın ərazilərində müşahidə edilir. Əmlak eksperti Nofəl Quliyev deyir ki, bahalaşmanın bir neçə səbəbi var. Bunlar köhnə tikililərin sökülməsi, tələbə amili və ən əsası da ölkəyə gələn turistlərdir. Ekspertin sözlərinə […]

Siyasət

Paşinyan: “Ermənistan NATO-ya üzv olmaq imkanını müzakirə etmir”

“Ermənistan NATO ilə alyansa daxil olmaq imkanını müzakirə etməyib və müzakirə etmir”. Bunu baş nazir Nikol Paşinyan “The Daily Telegraph”a müsahibəsində deyib. “Bu, bizim daha əvvəl və ya indi müzakirə etdiyimiz məsələ deyil”, – deyə o bildirib. O əlavə edib ki, KTMT-də üzvlüyün saxlanılması məsələsi mübahisəli sayıla bilər. “Ermənistanda (müdafiə üzrə) alyanslara üzvlük strategiyasının Ermənistanın […]

Siyasət

Paşinyan Putinin İrəvanda mümkün həbsini şərh edib: Həbs işinə məhkəmə baxır

Ermənistanın Baş naziri Nikol Paşinyan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi ilə bağlı bəzi şəxslərin, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı qərarlar qəbul etmir. Bu barədə Paşinyan Putinin BCM-nin orderi ilə əlaqədar İrəvana gələcəyi təqdirdə onun həbsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən “The Telegraph” qəzetinə müsahibəsində deyib. “2018-ci ildən sonra Ermənistanda məhkəmə-hüquq sistemində […]

Cəmiyyət

Neftçalada 18 yaşlı gənc dəm qazından boğularaq ölüb

Neftçalada dəm qazından boğulma hadisəsi baş verib. “Report”un məlumatına görə, olay şəhərin M.Hadi küçəsində qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan 2006-cı il təvəllüdlü Səbinə Ramin qızı İsmayılova hamamda yuyunarkən dəm qazından zəhərlənib. O, yaxınları tərəfindən Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

İdman

Futzal üzrə Azərbaycan Kubokunda 1/4 finalçılar müəyyənləşib

Futzal üzrə Azərbaycan Kubokunda 1/4 finalçılar müəyyənləşib. Oxu.Az xəbər verir ki, bu gün keçirilən dörd oyunla 1/8 finala yekun vurulub. “Araz-Naxçıvan”, “Baku Fire”, “Baku Fire-2” və U-19 komandaları rəqiblərinə qalib gələrək mübarizəni davam etdiriblər. 1/8 final mərhələsinin oyunları: “Araz-Naxçıvan” – “Record club” 23:0 “Baku Fire” – “Dalğa” 6:0 “Dəstə Ordubad” – U-19 2:4 “Xan-Lənkəran” – […]

İdman

Azərbaycan həndbol çempionatı: “Kür” “Azəryol”a qalib gələrək ikinci pilləyə yüksəlib

Qadın həndbolçular arasında Azərbaycan çempionatında X tura yekun vurulub. Oxu.Az-ın məlumatına görə, son gündə bir oyun keçirilib. 2-3-cü yerlərdə qərarlaşan “Azəryol” və “Kür” komandaları ikincilərin meydançasında üz-üzə gəliblər. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan qarşılaşma meydan sahiblərinin 29:23 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qalibiyyət sayəsində “Kür” “Azəryol”la xalların sayını (15) bərabərləşdirərək, ikinci pilləyə yüksəlib. Xeberal.az