Cəmiyyət

Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ

Fevralın 17-dən martın 17-nə kimi Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcəklər. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. Bildirilib ki, qatarlar saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcəklər. Bilet almaq üçün “ADY Mobile” tətbiqi və yaxud www.ady.az saytından yaralanmaq […]

Siyasət

“Sivil toplum” Monitorinq Koalisiyası 745 seçki məntəqəsində müşahidə aparıb

7 fevral 2024-cü il tarixdə Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində “Sivil toplum” Monitorinq Koalisiyasının 613 müşahidəçisi respublika üzrə 63 seçki dairəsini əhatə edən 745 seçki məntəqəsində müşahidə aparıb. “Report” xəbər verir ki, bunu koalisiyanın həmsədri, “Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli seçkinin monitorinqinin nəticələrinə dair brifinqdə deyib. Q.İbrahimli bildirib ki, koalisiyanın seçki müşahidəçiləri […]

Dünya

ABŞ və Böyük Britaniya Yəməndəki husi hədəflərinə bir sıra zərbələr endirib

ABŞ və Böyük Britaniyanın silahlı qüvvələri Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının (husilər) hədəflərinə silsilə hücumlar həyata keçirib. Qırmızı dəniz sahilində yerləşən Hodeyda əyalətinin Ras İsa liman ərazisi ən azı üç hava hücumuna məruz qalıb. Mümkün itkilər, xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat verilmir. Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra “Ənsar Allah” hərəkatı İsrail ərazisinə hücumlar […]

Cəmiyyət

Qarabağ Universitetinin tələbələrinə təqaüd təyin olunacaq?

Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində bakalavr səviyyəsi üzrə 20 ixtisas tədris olunacaq. “Report” xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib. Nazir müavini bildirib ki, növbəti mərhələdə 10 istiqamət üzrə ixtisaslar olacaq: “Ali təhsil müəssisəsində mərhələli şəkildə 10 min şəxsin təhsil alması nəzərdə tutulur”. O əlavə edib […]

Dünya

“Rossiyskaya Qazeta”: “İlham Əliyev yüksək seçici fəallığı ilə keçən seçkinin qalibi oldu”

“Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi başa çatıb. Sürpriz baş verməyib – seçkinin aşkar favoriti qalib olub. İlham Əliyev yüksək seçici fəallığı ilə keçən seçkidə 92%-dən çox səs toplayaraq qalib olub”. Rusiyanın “Rossiyskaya Qazeta” nəşrində dərc olunan yazıda belə yazılıb. Qəzet qeyd edib ki, fevralın 7-də keçiriləcək seçki Azərbaycan üçün yeni dövrün başlanğıcı adlandırılır. “Ona görə də […]

Cəmiyyət

İmişlidə üç ay əvvəl kanalda batan yeniyetmənin axtarışlarına təlim görmüş itlər cəlb olunub – FOTO/VİDEO

İmişlidə kanalda batan yeniyetmənin axtarışları davam etdirilir. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batdığı ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir. Hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin təlimatçı kinoloqlarla birgə xüsusi təlim görmüş itlərdən […]

İdman

“Neftçi”nin legioneri zədəsini sağaldıb

“Neftçi”nin bir müddət əvvəl zədəli olan futbolçusu Kilan Lebon artıq komanda ilə məşqlərə qoşulub. Bu barədə “ağ-qaralar”ın mətbuat xidmətindən məlumat verilib. Qapıçı İvan Brkiç hələ də müalicə prosesini davam etdirir. Onun nə vaxt məşqləri bərpa edəcəyi bir həftə sonra baş tutacaq müayinədən sonra müəyyənləşəcək. Digər qolkiper Emil Balayev və Asiya Kubokunda zədələnən yarımmüdafiəçi Ataa Caberin müalicə […]

Cəmiyyət

Lənkəranda canavarlar mal-qaraya hücum ediblər – VİDEO

Lənkəran rayonunda canavarlar mal-qaraya hücum ediblər. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb. Bildirilir ki, hadisə Lənkəranın Balıqçılar kəndi ərazisində baş verib. Bir qrup vətəndaşın ərazidən keçməsi inəkləri yırtıcıların ağzından xilas edə bilib. Görüntünü təqdim edirik:  Əzizə İsmayılova Xeberal.az

Cəmiyyət

Bakıda fevral ayında anomal isti hava nə ilə əlaqədardır?

Hazırda ölkə ərazisində qış fəslinə xas olmayan mülayim isti hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, sinoptik şəraitlə əlaqədar cənub istiqamətli axınların təsiri ilə Bakıda və Abşeron yarımadasında 23, rayonlarda isə 22 dərəcəyədək isti müşahidə olunur. “Ötən illərin fevral ayında da belə anomal isti hava şəraiti qeydə […]

Cəmiyyət

Zirə bağlarında “Bakı Telefon Rabitəsi”nin zədələdiyi su xətti bərpa edildi – VİDEO

Bakının Xəzər rayonunda, Zirə bağlarında yaşayan sakinlərin əraziyə internet xətti çəkən işçilərin səhlənkarlığı səbəbindən içməli su xətlərinin zədələndiyinə dair iddiaları öz təsdiqini tapıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Aztelekom” MMC-nin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xəzər rayonunun Zirə qəsəbəsində 2 fevral 2024-cü il tarixində “Bakı Telefon Rabitəsi” MMC tərəfindən internet xəttinin […]