Cəmiyyət

Qarabağ Universitetinin tələbələrinə təqaüd təyin olunacaq?

Sharing is caring!


Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində bakalavr səviyyəsi üzrə 20 ixtisas tədris olunacaq.

“Report” xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini bildirib ki, növbəti mərhələdə 10 istiqamət üzrə ixtisaslar olacaq:

“Ali təhsil müəssisəsində mərhələli şəkildə 10 min şəxsin təhsil alması nəzərdə tutulur”.

O əlavə edib ki, Qarabağ Universitetinin tələbələrinə təqaüd təyin olunacaq.

İdris İsayev sözlərinə görə, universitetdə tələbələr üçün yataqxananın olması nəzərdə tutulur: 

“Ali təhsil müəssisəsində 70 nəfər işçi heyətinin olması planlaşdırılır. Universitetin bir neçə tədris korpusu olacaq. İlk mərhələdə tələbələr dövlət vəsaiti hesabına təhsil alacaqlar”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir