Cəmiyyət

İmişlidə üç ay əvvəl kanalda batan yeniyetmənin axtarışlarına təlim görmüş itlər cəlb olunub – FOTO/VİDEO

Sharing is caring!


İmişlidə kanalda batan yeniyetmənin axtarışları davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batdığı ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.

Hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin təlimatçı kinoloqlarla birgə xüsusi təlim görmüş itlərdən ibarət qrupu və Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunmaqla yeniyetmənin itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir