Cəmiyyət

Xaçmazda təcili yardım avtomobili qəzaya düşüb: Xəsarət alan var

Xaçmazda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, Xaçmaz-Quba avtomobil yolunun Ağyazı kəndindən keçən hissəsində VAZ-21015 markalı nəqliyyat vasitəsi VAZ-21014 markalı minik avtomobili ilə toqquşub. Daha sonra VAZ-21014 markalı nəqliyyat vasitəsi çağırış yerinə gedən “UAZ” markalı təcili tibbi yardım avtomobilinə çırpılıb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib. Qəza zamanı VAZ-21014-ün sürücüsü, Xaçmaz rayon sakini, 1989-cu […]

Dünya

Putinin köməkçisi: “Rusiya Prezidentinin Türkiyəyə səfəri üçün çox fəal hazırlıq gedir”

“Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıqlar aktiv mərhələdədir, lakin dəqiq tarixlər hələ də razılaşdırılır”. Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib. “Hazırda Putinin Türkiyəyə səfəri üçün çox fəal hazırlıq gedir. Üstəlik, Rusiyanın demək olar ki, bütün əsas qurumları – həm iqtisadi, həm də siyasi – hazırlıq işləri görür”, – Kreml nümayəndəsi […]

Dünya

“Komsomolskaya Pravda”: “Azərbaycan öz Prezidentini seçdi”

“Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkisində İlham Əliyevin qalib gələcəyinə heç kimin şübhəsi yox idi. Bütün azərbaycanlıların çoxdankı, ağrılı problemini həll edən Prezident bu gün xalq hörmətinin zirvəsindədir. Bu, ona verilən səslərdə də özünü göstərib”. Bu fikirlər “Komsomolskaya Pravda” qəzetinin Azərbaycanda keçirilən prezident seçkisi haqda məqaləsində əksini tapıb. Tarixi səsvermə prosesi Çox adam vaxtından […]

Siyasət

Sağlamlıq imkanları məhdud şəxslər üçün xüsusi təhsilin dövlət standartları təsdiqlənib

Sağlamlıq imkanları məhdud şəxslər üçün xüsusi təhsilin dövlət standartları təsdiqlənib. “Report” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Standartlarda xüsusi təhsilin məzmununa dair tələblər, xüsusi təhsilin idarə olunması, təhsil müəssisəsinin maddi-texniki bazası, infrastrukturu ilə bağlı məsələlər, təhsilin təşkili formaları və normativləri, eləcə də təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi növləri əks olunub. Dövlət standartları […]

Siyasət

Vladimir Putin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Səsvermənin nəticələri Sizin yüksək siyasi nüfuzunuzu, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və onun mövqelərinin dünya arenasında möhkəmləndirilməsi üzrə həyata keçirdiyiniz kursa ümumxalq dəstəyini tam […]

İdman

Azərbaycan Kuboku: Yarımfinala yüksələn ilk komanda “Zirə” olub

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinala yüksələn ilk komanda “Zirə” olub. Oxu.Az-ın məlumatına görə, qəsəbə təmsilçisi 1/4 finalda “Səbail”i üstələyib. İlk görüşdə səfərdə 2:1 hesablı qələbə qazanan Rəşad Sadıqovun kollektivi uğurlu çıxışını cavab qarşılaşmasında da davam etdirib. Rəqibini bu dəfə 3:0 hesabı ilə məğlub edən “Zirə” yarımfinala adlayıb. Komandanın qollarını Abbas İbrahim (dördüncü dəqiqə), Rəhim Sadıxov […]

Cəmiyyət

Britaniyanın ölkəmizdəki səfiri prezident seçkisi ilə bağlı paylaşım edib – FOTO

Britaniyanın ölkəmizdəki səfiri Ferqus Auld prezident seçkisində inamlı qələbəsi ilə bağlı Preziden İlham Əliyevi təbrik edib. Bu barədə səfir “X” hesabında bildirib. “Prezident Əliyevi seçkilərdə qalib olması münasibətilə təbrik edirəm. Böyük Britaniya yaxın tərəfdaş kimi, Azərbaycanı Ermənistanla sülh sazişi bağlamaq üçün bu fürsətdən istifadə etməyə təşviq edir. Biz uğurlu COP29-un həyata keçirilməsində Azərbaycana dəstək olmaqdan […]

Dünya

“Maşina vremeni” qrupunun yaradıcısı Yuri Borzov vəfat edib

“Maşina vremeni” rok qrupunun yaradıcısı Yuri Borzov Moskvada vəfat edib. 70 yaşlı musiqiçinin onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilib. Bununla yanaşı, daha əvvəl onun infarkt keçirdiyi də qeyd olunur. Borzovun meyiti Rusiya paytaxtının Basmannı rayonu Tokmakov prospektindəki mənzilində tapılıb. Meyitin üzərində zorakılıqla ölüm izləri aşkar edilməyib. Ölümün dəqiq səbəbini ekspertiza müəyyən edəcək. Mənbə: zhizn.ru Xeberal.az

Dünya

Əlcəzairdə hərbi helikopter qəzaya uğrayıb: Ölənlər var

Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus helikopter ölkənin mərkəzi hissəsində qəzaya uğrayıb. Mİ-171 hərbi vertolyotu ilə bağlı insidentin hava limanının kənarında baş verdiyi bildirilib. Məlumata görə, helikopterin qəzaya uğraması nəticəsində onun üç nəfərlik heyəti həlak olub. Əlcəzair Prezidenti Əbdülməcid Təbbun həlak olanların ailələrinə və bütün hərbçilərə başsağlığı verib. Qəza ilə bağlı araşdırmalara başlanılıb. Mənbə: vedomosti.ru Xeberal.az

Cəmiyyət

Ölkə ərazisində son üç gündə kəsilən ağacların sayı AÇIQLANDI – FOTO

Ölkənin iqlim-hava şəraiti əlverişli keçən regionlarında növbəti əkin mövsümü ilə əlaqədar ağacəkmə və meşəbərpa tədbirləri davam edir. Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov Oxu.Az-a bildirib ki, bu gün Ağcabədi, Şəki, Siyəzən və Ağdaş rayonlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 4,7 hektar ərazidə 8 150 ədəd müxtəlif cinsli ağac-kol tingi əkilib. […]