Dünya

İsveçrə Teleradiosunda Azərbaycanda keçirilmiş prezident seçkisi barədə reportaj yayımlanıb – FOTO/VİDEO

İsveçrə Teleradiosunun (SRF) xəbər buraxılışında Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkisi və regionda iqtisadi və nəqliyyat infrastrukturunun potensialına dair geniş reportaj yayımlanıb. AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycanda keçirilən prezident seçkisi barədə məlumat verilib, dövlət başçısı İlham Əliyevin seçkidə böyük üstünlüklə qalib gəlməsi qeyd edilib. Həmçinin Cənubi Qafqazda yerləşən Azərbaycanın mühüm nəqliyyat və ticarət yollarının üzərində yerləşməsi […]

Dünya

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub

Ukraynada əsirlikdə olan yüz rusiyalı hərbçi geri qaytarılıb və bunun müqabilində eyni sayda hərbi əsir Kiyevə təhvil verilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları əsir mübadiləsində humanitar vasitəçilik yardımı göstəriblər. Nazirlikdən vurğulanıb ki, azad edilən bütün hərbi qulluqçular Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiyadan keçmək […]

Cəmiyyət

İllərdir üzərində işlənilən islam bankçılığı nəhayət REALLAŞIR – VİDEO

Azərbaycanda islam bankçılığı sistemi yaradılacaq. Belə ki, Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” təsdiq olunub. Sözügedən sənəddə islam bankçılığının inkişafı öz əksini tapıb. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, islam bankçılığı vətəndaşların marağına səbəb olacaq. Müxtəlif məqsədlər üçün kredit müraciəti edilə bilər. Məsələn, vətəndaş bankdan alacağı kredit […]

Cəmiyyət

Kürdəmirdə 30 yaşlı kişi zəhərlənib

Kürdəmirdə 30 yaşlı kişi dərmandan zəhərlənib. Bizim.Media xəbər verir ki, hadisə məcburi köçkünlərin yerləşdiyi Yeni qəsəbədə qeydə alınıb. Belə ki, qəsəbə sakini 1994-cü il təvəllüdlü Elnur Baloğlan oğlu Qurbanov dərman içərək zəhərlənib. Yaxınları onu dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlər E.Qasımova ilkin tibbi yardım göstəriblər. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir. Fakt araşdırılır. Xeberal.az

Dünya

Qəza nəticəsində Baltik dənizinə yüzlərlə litr neft tökülüb – FOTO

Litvanın Butinge bölgəsində, yanacaq terminalında baş verən qəza nəticəsində təxminən 300 litr neft Baltik dənizinə tökülüb. Qeyd olunub ki, dənizdəki neft ləkəsi Latviya sahillərinə çatıb. Terminal Polşanın “Orlen Lietuva” konserninə məxsusdur. Kəşfiyyat xidmətlərinin məlumatına görə, tankerə neft vurulan zaman burazlama kabeli qırılıb. Nəticədə neft vuran şlanq düşüb və yanacaq dənizə tökülüb. Litva Hərbi Dəniz Qüvvələri […]

Siyasət

Peskov: “Azərbaycan Rusiyanın mühüm tərəfdaşıdır”

“Azərbaycan Rusiyanın mühüm tərəfdaşıdır”. Bu fikri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib. “Azərbaycan bizim mühüm tərəfdaşımızdır və biz ikitərəfli münasibətlərimizin inkişafından razıyıq. Bu münasibətləri yeni üfüqlərə çıxarmaq üçün qarşılıqlı siyasi iradə var”, – Kreml nümayəndəsi qeyd edib. Mənbə: moscow-baku.ru Xeberal.az

Cəmiyyət

Qərbi Azərbaycan Xronikası: İrəvanda mənzil alan azərbaycanlılar kimlərdir? – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. Oxu.Az xəbər verir ki, “Azərbaycan və Türkiyə vətəndaşları İrəvanda mənzil və daşınmaz əmlak alır” adlı süjetdə erməni hüquqşünas Avetik İşxanyanın “Azərbaycanlılar İrəvanda mənzillər və obyektlər alacaq, Ermənistanın demoqrafiyası dəyişəcək” proqnozundan, eləcə də Ermənistan Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinin  Azərbaycan vətəndaşlarının İrəvanda daşınmaz əmlak alması barədə yaydığı […]

Dünya

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi Rumıniya mətbuatında geniş işıqlandırılıb – FOTO

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi Rumıniya ictimaiyyəti, mətbuatı tərəfindən geniş maraqla qarşılanıb. AZƏRTAC xəbər verir ki, Rumıniyanın “AGERPRES” milli xəbər agentliyində Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə əlaqədar məlumatlar yerləşdirilib. Azərbaycanın Qarabağ bölgəsi üzərində suverenliyinin bərpa edildiyi və müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, seçki suveren dövlətin bütün ərazisini əhatə etdiyi qeyd olunub. Prezident seçkisində səsvermə hüququ […]

Cəmiyyət

Şəkidə qadının asılmış meyiti tapılıb

Şəkidə intihar hadisəsi baş verib.  Lent.az xəbər verir ki, hadisə bu gün Şəki şəhərində qeydə alınıb. Şəhər sakini, 63 yaşlı Nigar Daşdəmirova yaşadığı evin həyətində özünü asıb.  Onun asılmış meyitini ailəsi aşkar edib. İntiharın səbəbləri məlum deyil.  Faktla bağlı araşdırma aparılır. Xeberal.az