Dünya

Haitidə kütləvi etirazlarda azı 10 nəfər ölüb – VİDEO

Haitidə Baş nazir Ariel Anrinin istefası tələbi ilə davam edən etiraz aksiyaları zamanı nümayişçilərlə Haiti Milli Polis qüvvələri arasında baş verən toqquşmalarda azı 10 nəfər ölüb. Etirazlar zamanı küçələrdə silahlı müxalifət tərəfdarları da olublar. Həmin silahlı şəxslərin polis bölməsinə hücumu nəticəsində bir nəfər həlak olub. Həmçinin paytaxt Port-o-Prinsdə hökumət binalarına hücumlar qeydə alınıb. Qeyd edək […]

Cəmiyyət

“Prius” sürücüsü avtobus zolağı ilə hərəkət etdi – VİDEO

Paytaxtın müxtəlif küçələrində ictimai nəqliyyat vasitələrinin rahat şəkildə hərəkət etməsi üçün xüsusi zolaqlar təşkil olunub. Lakin bu zolaqlar bəzən avtomobillər tərəfindən zəbt olunur. Xüsusilə tıxac zamanı bu görüntünün şahidi ola bilərik.  Nəsimi rayonu Rəşid Behbudov küçəsində qeyd etdiyimiz qaydanı pozan sürücü kameraya düşüb. “Avtosfer”in məlumatına görə, hadisə fevralın 4-də günorta saatlarında qeydə alınıb. Videodan göründüyü […]

Siyasət

Şavkat Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.  President.az xəbər verir ki, məktubda deyilir: “Azərbaycan Respublikasında yüksək səviyyədə keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi – əziz Qardaşımı səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirməkdən sonsuz məmnunluq duyuram. Bu seçkilərdə Sizin namizədliyinizin əhali tərəfindən hərtərəfli dəstəklənməsi xalqınızın irəli sürdüyünüz strateji […]

Cəmiyyət

Bakıda yaşayış binasında yanğın olub, zəhərlənən var

Bakı şəhərinin Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin pilləkən qəfəsində 1 ədəd qaz sayğacı və 1 kvadratmetr sahədə yığılan məişət tullantıları yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini tüstülənmiş sahədən təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım briqadasına […]

Kriminal

Qusarda silah satmaq istəyən və işlədiyi obyektdən oğurluq edən şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Ağaməmmədov saxlanılıb. Həmin şəxsin üzərindən satmaq məqsədilə daşıdığı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı və 30 ədəd güllə aşkar edilərək götürülüb. […]

Cəmiyyət

Bakıda avtomobil 22 yaşlı gənci vuraraq ağır xəsarət yetirib

Bakının Binəqədi rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, metronun “Azadlıq” stansiyasının yanında avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Murad Qurban oğlu Səmədovu vurub. Yaralı təcili tibbi yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin açıq yerdəyişən sınıqları diaqnozu qoyulub. Fakt araşdırılır. Xeberal.az

Dünya

ABŞ-də tarixin ən böyük rüşvət işi üzrə 70 məmur saxlanılıb

ABŞ-nin altı ştatında NYCHA dövlət şirkətinin 70 məmuru həbs edilib ki, bu, ABŞ tarixində ən böyük rüşvətlə bağlı əməliyyatdır. Bu barədə Manhetten ştatının federal prokuroru bildirib. 476 səhifəlik məhkəmə sənədlərinə görə, Milli Təhlükəsizlik Araşdırmaları və Nyu-York şəhər Daxili təhlükəsizlik araşdırmaları departamenti illərdir Şəhər Mənzil İdarəsi barəsində araşdırma aparır. Müstəntiqlər bildirirlər ki, onlar şəhərin mənzil tikintisi sənayesində […]

Dünya

Rusiyada ata körpəsini beşinci mərtəbədən küçəyə tulladı

Rusiyanın Kazan şəhərinin Yudino qəsəbəsində ağlı başında olmayan ata iki yaşlı qızını yaşayış binasının beşinci mərtəbəsinin pəncərəsindən heyətə atıb. Körpə qızcığaz yalnız möcüzə nəticəsində sağ qalıb. Qeyd olunub ki, uşaq mağazanın qalın qar qatı ilə örtülmüş çardağının üstünə düşdüyü üçün sağ qalıb. Hadisənin şahidləri dərhal təcili tibbi yardım xidmətinə müraciət ediblər. Həkimlər gələnə qədər ətrafdakı […]

Dünya

İsveçrə milyonlarla “ağıllı” diş fırçasının kiberhücumuna məruz qalıb

Dünyada üç milyona yaxın ağıllı diş fırçası hakerlərin kiberhücumuna məruz qalıb və İsveçrə şirkətinə böyük miqyaslı DDoS hücumuna cəlb edilib. Qeyd olunur ki, hücuma məruz qalan şirkətə milyonlarla avro dəyərində ziyan dəyib. Hesabatda çirklənmiş diş fırçalarının konkret markası qeyd olunmur. Bununla belə, onların istifadəçilərinin vərdişləri haqqında məlumatları mobil tətbiqə ötürmək üçün internetə çıxışlarının olduğu qeyd […]

Dünya

Rusiyada naməlum silahlı şəxs bankı qarət edib – FOTO

Rusiyada Yekaterinburq şəhərinin mərkəzində yerləşən “Metallinvestbank” bankında silahlı soyğunçuluq hadisəsi baş verib. Hadisə ilə bağlı məlumatı Daxili İşlər Nazirliyinin Sverdlovsk Baş İdarəsinin mətbuat katibi Valeri Qorelix təsdiqləyib. Qeyd olunur ki, cinayətkar tapançaya bənzər əşyadan istifadə edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bank işçilərini və qonşu evlərin sakinlərini dindiriblər. Bank polis tərəfindən mühasirəyə alınıb. İlkin məlumata görə, hadisə […]