Dünya

Pakistanda seçki məntəqəsində atışma olub, bir polis ölüb

Pakistanda seçki məntəqəsinin əməkdaşlarına atəş açılıb, nəticədə bir polis ölüb. Məlumata görə, hadisə Hayber-Paxtunxva əyalətinin Tank rayonunda baş verib. Orada səsvermə dayandırılıb. Bundan əvvəl Pakistanın Daxili İşlər Nazirliyi Milli Assambleyaya (parlamentin aşağı palatası) davam edən seçkilərlə əlaqədar bütün ölkə ərazisində mobil rabitə xidmətlərinin müvəqqəti dayandırılması barədə göstəriş verib. Bu qərar ölkədə son vaxtlar artan terror […]

Siyasət

Akkan Suver: “Seçkidə daha çox qadınların fəallığını gördük”

Türkiyə Mərmərə Vəqfinin nümayəndə heyəti Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib. Oxu.Az-ın məlumatına görə, üç nəfərdən ibarət olan heyət seçki prosesini izləyib. Heyət üzvü Akkan Suver bildirib ki, 42 seçki məntəqəsində müşahidə aparıblar: “Azərbaycanda şəffaf seçki və fəallıq müşahidə etdik. Səhər 8-dən axşama qədər məntəqədə olduq. Daha çox qadınların […]

Dünya

“Kətaib Hizbullah” komandiri ABŞ-nin zərbəsi nəticəsində öldürülüb – FOTO/VİDEO

İranın dəstəklədiyi “Kətaib Hizbullah” qruplaşmasının lideri Əbu Bəkir əs-Səədi İraqda öldürülüb. Məlumata görə, o, Bağdadda zərərsizləşdirilib. Belə ki, əs-Sədi və iki mühafizəçisi ABŞ-yə məxsus pilotsuz təyyarənin vurduğu avtomobildə olub. Maşındakıların hamısı ölüb. Qeyd edək ki, Pentaqon “Kətaib Hizbullah” qruplaşmasını yanvar ayında İordaniyadakı ABŞ bazasına üç amerikalı hərbçinin ölümü ilə nəticələnən hücumda günahlandırır. Əbu Bəkir əs-Səədi, ümumiyyətlə, […]

Kriminal

Bakıda qaçırılan avtomobillə qəza törədilib

Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Chevrolet” markalı avtomobilin qaçırılması və idarə edilərkən “Toyota” markalı avtomobillə vurulması barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində yuyucu işləyən Səməd […]

Siyasət

Qriqori Karasin: “Bəxtim gətirib ki, Azərbaycana gəlmişəm və mənim üçün qürurdur”

Rusiya parlamentinin nümayəndələri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçiriblər. Oxu.Az-ın məlumatına görə, Rusiya parlament heyətinin rəhbəri Qriqori Karasin bildirib ki, bu onun Azərbaycana ilk səfəridir: “Mən müxtəlif vəzifələrdə çalışmışam. Amma ilk dəfədir ki, müşahidəçi kimi çıxış etdim. Bəxtim gətirib ki, Azərbaycana gəlmişəm və mənim üçün qürurdur”. O qeyd edib […]

Siyasət

Qazaxıstan prezidenti anons verdi: Bakıda İlham Əliyevlə görüşəcək

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.  President.az xəbər verir ki, məktubda deyilir: “Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümumxalq səsverməsinin yekunları Sizin çoxşaxəli islahatlar kursunuza tam etimadın və xalqın birliyinin, dövlətin ərazi bütövlüyünün və dinamik inkişafının təmin edilməsi işində xidmətlərinizin təsdiqinin parlaq sübutuna […]

Cəmiyyət

İƏT PA heyəti Azərbaycanda prezident seçkisi ilə bağlı brifinq keçirib

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının heyəti Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib. Oxu.Az xəbər verir ki, İƏT PA heyətinin rəhbəri Salma Joveira öncə Azərbaycan Respublikasının rəhbərliyinə dəvət üçün təşəkkürünü bildirib: “Belə inam üçün minnətdaram. Xüsusilə Prezidentə təşəkkürümü bildirərəm ki, Pakistana inanıb, bizi buraya dəvət edib. Burada olmaqdan məmnunuq. Bizi […]

Siyasət

Qazaxıstan parlamentinin üzvü: “Heç bir qayda pozuntusu müşahidə etmədik”

Qazaxıstan parlamentinin deputatı Aydos Sarım Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib. Oxu.Az-ın məlumatına görə, A.Sarım bildirib ki, ötən gün keçirilən seçkinin böyük tarixi əhəmiyyəti var: “Çünki seçki ilk dəfə bütöv Azərbaycan ərazisində keçirildi. Fikrimcə, hamı bundan sonra Qarabağın bərpası və sülh sazişinin bağlanması istiqamətində işlər aparılmalıdır”. O qeyd edib ki, […]

Dünya

Yaponiyada AES-də tüstülənmə baş verib

Yaponiyanın Fukui prefekturasında yerləşən Tsuruqa atom elektrik stansiyasının (AES) birinci enerji blokunun bağlandığı turbin zalında tüstülənmə baş verib. Hadisənin başvermə səbəbləri aydınlaşdırılır. 2017-ci ildən etibarən Tsuruqa AES-in birinci enerji blokunda sökülmə işləri aparılır. Mənbə: TASS Xeberal.az

Cəmiyyət

Bakıda iki “KamAZ” qaçırılıb

Fevralın 4-nə keçən gecə Sulutəpə qəsəbəsi ərazisindən “KamAZ” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən Fətəliyev saxlanılıb. Polis əməkdaşları həmin avtomobili onunla birlikdə Abşeron rayonunun Çaylı kəndində hissələrə bölüb satmaqda […]