Siyasət

Akkan Suver: “Seçkidə daha çox qadınların fəallığını gördük”

Sharing is caring!


Türkiyə Mərmərə Vəqfinin nümayəndə heyəti Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib.

Oxu.Az-ın məlumatına görə, üç nəfərdən ibarət olan heyət seçki prosesini izləyib. Heyət üzvü Akkan Suver bildirib ki, 42 seçki məntəqəsində müşahidə aparıblar:

“Azərbaycanda şəffaf seçki və fəallıq müşahidə etdik. Səhər 8-dən axşama qədər məntəqədə olduq. Daha çox qadınların fəallığını gördük. Məntəqələrdə müşahidə etdik ki, xalq növbələrdə səbirlə səs verməyi gözləyirdi. Belə deyim ki, Qarabağ dastanından sonra Azərbaycan demokratiya dastanı yazdı. Seçki prosesində nəzarətçilərin davranışı, seçicilərə münasibəti xoşagələn idi”.

O qeyd edib ki, qərbdə keçirilən bir çox seçkidə müşahidə aparıblar:

“Azərbaycanda da demokratiyanın bütün qaydalarına riayət olunub. İlham Əliyevə təkcə seçkini qazandığı üçün deyil, insanların bütün Azərbaycanda səsverməsini təmin etdiyi üçün təşəkkür edirəm”.

Özgür Çengel isə bildirib ki, səmimi seçkinin şahidi oldular:

“Can Azərbaycan ilə bərabər, uzun illərə dayanan münasibətin inkişafı bizim üçün önəmlidir. Bütün məntəqələrdə səmimi fikir mübadiləsi aparıldı. Nəzarətçilərin davranışı xoş idi. Seçkinin xeyirli olmasını diləyirəm”.

Sezgin Bilgic də uğurlu seçki üçün hər kəsə təşəkkür edib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir