Siyasət

Qriqori Karasin: “Bəxtim gətirib ki, Azərbaycana gəlmişəm və mənim üçün qürurdur”

Sharing is caring!


Rusiya parlamentinin nümayəndələri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçiriblər.

Oxu.Az-ın məlumatına görə, Rusiya parlament heyətinin rəhbəri Qriqori Karasin bildirib ki, bu onun Azərbaycana ilk səfəridir:

“Mən müxtəlif vəzifələrdə çalışmışam. Amma ilk dəfədir ki, müşahidəçi kimi çıxış etdim. Bəxtim gətirib ki, Azərbaycana gəlmişəm və mənim üçün qürurdur”.

O qeyd edib ki, nümayəndə heyəti müxtəlif məntəqələrə baş çəkib:

“Bizim müşahidəçilər qrupu seçki məntəqələrinə baş çəkdi. Seçki şəffaf formatda təşkil olunmuşdu. Məntəqələrdə yerli və beynəlxalq müşahidəçiləri də gördük. Bakıda doqquza yaxın məntəqəyə baş çəkdik. Məntəqələrdə təşkilatlar sıxlıq yaratmadılar. Əsas da odur ki, insanların üzlərində təbəssüm vardı”.

Q.Karasin vurğulayıb ki, Azərbaycanın prezident seçkisindəki təcrübəsi mart ayında Rusiyada keçiriləcək prezident seçkisi üçün faydalı olacaq.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir