AKTUAL manset

Soyunan Şair- Mirismayıl Xələfli Yazır

Sharing is caring!

Gəlin, etiraf edək ki, sosial şəbəkələr günümüzün acı reallığına çevrilib.Yazan yazmayana, bilən bilməyənə qarışıb məhv olub gedir.Ən maraqlısı da odur ki, yaşı 50-dən yuxarı day-daylar gecə arvadlarını yuxuya verib başlayırlar sosial şəbəkələrdə “ceyran” ovuna. Açıq-saçıq “xalaşka” şəkillərindən tapıb kompliment tipli rəylər yazaraq dostluğa can atırlar.Əslində sinəsiaçıq şəkillər paylaşan “xalalara” da elə bu lazımdır. Çoxlu bəyənmələr, rəylər yazılsın ki, bunlar da olsun söz sahibi. Bəlkə də elə qəsdən ağsaqqal dayılara görə elə açıq-saçıq şəkilləri paylaşırlar. Cəhənnəm, bu xanımlarım açıq-saçıq şəkil paylaşmaqların hardasa başa düşmək olar. Bəlkə duldu, əri ölüb ya anadangəlmə subaydı, özünə yar axtarır?! Ağlın varsa, düşmə tora, otur oturduğun yerdə! Sənə lazımdı ki, il yarımdan sonra aliment ödəyəsən? Nə isə, sözümün canı başqadı… Elə olur ki, gecəyarı sosial şəbəkələrdə maraqlı xəbərlər oxuduğun yerdə qarşına sinədən yuxarı əzələsi kimyəvi dərmanla şişirdilmiş gənc “qardaşların” şəkilləri çıxır. Fikirləşirsən ki, görəsən kişi bu cür şəkil paylaşar? Bəzi “xalaşkaları” bildik, bəs bu nə axtarır? Ümumiyyətlə sosial şəbəkələr yaxşıları yoxa çıxardıb.Sanki udub, yox edib! İstedadlı, savadlı gənclərimiz it-bat olub. Baxanda açıq-aşkar görünür ki, geydirmə palitoloqlar, psixoloqlar, hətta şair və şairələrimiz də çoxalıb. Əsl palitoloqlar, psixoloqlar, şairlər qalıb kənarda. Çünki istedadlı insanlarda abır-həya var. Onlar pislərin oduna yanır! Neyləsin savadlı şair, o, da soyunub 18+şəkil paylaşsın ki, çoxlu bəyənmələr yığıb məşhur olsun!? Yox əşşi, lazım deyil, bizim ədəbiyyatımızın zəngin tarixi keçmişi var. Şair soyunmaz, əsl yazar soyunub şəkil paylaşmaz. Əgər onun istedadı varsa, gec-tez bu bacarıq üzə çıxacaq. Bizə soyunan şair yox, əvəzliklərin yerini düzgün yazan, istedadlı gələcək formalaşdıra bilən gənclər lazımdır. Yaltaqlıqdan uzaq, düz yazanlar həmişə yaşarlardır…

Əsl yazar soyunmaz!

Mirismayıl Xələfli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir