İdman

“Böyük dəbilqə”: Azərbaycan millisinin heyəti açıqlanıb

Cüdo üzrə Azərbaycan millisinin Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb. Bu barədə Beynəlxalq Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, yarışda yığmamız 33 idmançı ilə təmsil olunacaq: onlardan 22-si kişi, 11-i qadın cüdoçudur. Kişilər 60 kq: Balabəy Ağayev, Turan Bayramov, Əhməd Yusifov, Nazir Talıbov 66 kq: Yaşar Nəcəfov, Kamran Süleymanov, Rəşad Yelkiyev, İslam Rəhimov 73 kq: […]

İqtisadiyyat

Maaşlar artırılacaq?

Pərviz Heydərov yazır… Bütün növ əmək pensiyalarının sığorta hissəsinin ötən il qeydə alınan orta aylıq nominal əməkhaqqının illik artım faizi göstəricisinə uyğun olaraq qaldırılması həyata keçirildi və ödənişlər 11,2% yüksəldi.  İndi də işləyən vətəndaşları əməkhaqlarının artırılıb, artırılmayacağı düşündürür. Ötən yazılarımda qeyd etmişdim ki, 2024-cü il üçün növbəti sosial paket icra etmək nəzərdə tutulmayıb. 2019-cu ildən […]

Dünya

“Ənsar Allah”: “Qəzzada atəşkəs elan olunsa belə, gəmilərə hücumlar dayanmayacaq”

Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı HƏMAS-la İsrail arasında atəşkəs elan olunsa belə, Qırmızı dənizdə gəmilərə hücumlarını dayandırmayacaq. Bu barədə hərəkatın informasiya şöbəsinin nümayəndəsi Nəsrəddin Amer məlumat verib. Onun sözlərinə görə, husilər yalnız Qəzza zolağında blokada götürüldükdən və müharibənin tam başa çatmasına nail olunduqdan sonra dənizdə hərbi əməliyyatları dayandıracaqlar. Qeyd edək ki, İrana bağlı olan husilər xüsusən […]

Siyasət

Özbəkistan səfiri: “Azərbaycan xalqı növbəti dəfə düzgün seçim edib”

“Müdrik Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyi ilə ölkənin parlaq gələcəyinə, firavanlığına, respublika daxilində genişmiqyaslı islahatların davam etdirilməsinə və beynəlxalq aləmdə yeni irimiqyaslı uğurlara imza ataraq növbəti dəfə düzgün seçim etdi”. “Report” xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov deyib. “Qardaş Azərbaycanı və Prezident İlham Əliyevi növbəti inamlı qələbə münasibətilə təbrik edirəm. Növbədənkənar prezident […]

Dünya

Əli Əsədov Qazaxıstanın yeni baş nazirini təbrik edib

Azərbaycanın Baş naziri Əli Əsədov Qazaxıstanın baş naziri vəzifəsinə təyin edilməsi münasibətilə Oljas Bektenova təbrik məktubu ünvanlayıb. Nazirlər Kabinetindən bildirilib ki, məktubda Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq münasibətlərinin və əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub. Həmçinin, iki ölkənin qardaş xalqlarının mənafeyi naminə gələcəkdə də qarşılıqlı faydalı əməkdaşlığın bütün kompleksinin inkişafı […]

Siyasət

Alberto Vilya Vilyeqas: “Azərbaycanda seçki tam şəffaf təşkil olunmuşdu”

Meksika parlamentinin nümayəndələri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçiriblər. Oxu.Az-ın məlumatına görə, nümayəndələr ötən gün ərzində 10 seçki məntəqəsinə baş çəkiblər. Parlamentin nümayəndə heyətinin rəhbəri Alberto Vilya Vilyeqas bildirib ki, Azərbaycanda seçki prosesi başa çatana qədər məntəqələrdə olublar: “Seçki tam şəffaf təşkil olunmuşdu. Mənim üçün əsas məqamlardan biri o […]

Dünya

Messi Honkonq millisi ilə oyunda iştirak etməməsinin səbəbini açıqlayıb

“İnter Mayami”nin hücumçusu Lionel Messi Çin və ispan dillərində yazı dərc edərək, Honkonq millisi ilə yoldaşlıq görüşündə (4:1) iştirak etməməsinin səbəbini açıqlayıb. “Çin və Honkonqdakı bütün azarkeşlərə və dostlara salamlar. Mətbuat konfransında da dediyim kimi, qasıq nahiyəsindən aldığım zədə səbəbindən Honkonqdakı yoldaşlıq oyununda meydana çıxa bilmədiyim üçün üzr istəyirəm. Zədəm inkişaf etdi və bu mənə ağrı […]

Cəmiyyət

Hövsanda mağazalardan oğurluq edən şəxs saxlanılıb

Fevralın 6-da səhər saatlarında Hövsan qəsəbəsi ərazisində yerləşən marketlərin birindən oğurluğa cəhd göstərən Ayxan Hacıyev Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, onun qəsəbə ərazisində üç mağazadan ümumilikdə 2 min 500 manat dəyərində iki ədəd mobil telefon, aksesuar, 1000 manat pul və 300 manat dəyərində […]