Dünya

Messi Honkonq millisi ilə oyunda iştirak etməməsinin səbəbini açıqlayıb

Sharing is caring!


“İnter Mayami”nin hücumçusu Lionel Messi Çin və ispan dillərində yazı dərc edərək, Honkonq millisi ilə yoldaşlıq görüşündə (4:1) iştirak etməməsinin səbəbini açıqlayıb.

“Çin və Honkonqdakı bütün azarkeşlərə və dostlara salamlar. Mətbuat konfransında da dediyim kimi, qasıq nahiyəsindən aldığım zədə səbəbindən Honkonqdakı yoldaşlıq oyununda meydana çıxa bilmədiyim üçün üzr istəyirəm. Zədəm inkişaf etdi və bu mənə ağrı verirdi. Məni tanıyan dostlar bilirlər ki, hər oyunda əlimdən gələni edirəm.

Ümid edirəm ki, hələ də Honkonqa səfər etmək və öz oyunumla azarkeşləri sevindirmək imkanım olacaq. Mən də tezliklə Çinə qayıtmağı və sizinlə futbol sevincini bölüşməyi səbirsizliklə gözləyirəm”, – deyə Messi bildirib.

Qeyd edək ki, Messinin yoldaşlıq görüşündə meydanda olmaması azarkeşlərin, eləcə də Honkonq və Çinin dövlət rəsmilərinin geniş narazılığına səbəb olub. Azarkeşlər də meydana çıxmayan argentinalını və hücumçu Luis Suaresi fitə basıblar.

Mənbə: Championat

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir