Dünya

Madriddə on minlərlə insan etiraza qalxdı – VİDEO

Sharing is caring!


Madridin mərkəzində Kataloniya separatçı siyasətçilərinə mümkün amnistiyaya qarşı çoxminlik etiraz aksiyası keçirilib.

Madriddəki hökumət rəsmilərinin verdiyi məlumata görə, mitinqə 40 minə yaxın insan qatılıb.

Nümayişin təşkilatçısı mühafizəkar Xalq Partiyası olub. Etirazçılar özləri ilə İspaniya bayraqları gətirib və mümkün amnistiya əleyhinə şüarlar səsləndiriblər. Mitinqə iyulun 23-də keçirilən ümumi seçkilərdə qalib gələn Xalq Partiyasının çoxsaylı nümayəndələri də qatılıblar.

Qeyd edək ki, mühafizəkarlar təkbaşına hökumət qurmaq üçün parlamentdə yerlərin mütləq əksəriyyətini əldə edə bilməyiblər. Mühafizəkarlardan sonra ikinci yerdə hökumət başçısı vəzifəsini icra edən Pedro Sançesin İspaniya Sosialist İşçi Partiyası qərar tutub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir