İdman

“Qarabağ”ın U-15 komandası beynəlxalq turnirdə ikinci qələbəsini qazanıb

“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə ikinci oyununu keçirib. Oxu.Az Ağdam təmsilçisinin rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, Minskdə təşkil olunan “Bizim gələcəyimiz” adlı turnirin B qrupunda mübarizə aparan Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 Rusiya “Olimpik”i ilə qarşılaşıb. İlk turda “Zvezda”ya 2:0 hesabı ilə qalib gələn komanda ardıcıl ikinci qələbəsini […]

Dünya

Əfqanıstan tarixində ilk dəfə elektrik borcunu tam ödəyib

Əfqanıstan 627 milyon dollar vəsaiti xərcləməklə tarixində ilk dəfə xarici dövlətlərə olan elektrik borcunu tam ödəyib. Bu açıqlama ilə Əfqanıstan Elektrik Şirkətinin rəhbəri Hikmətullah Mayondi çıxış edib. “Əfqanıstan Tacikistan, Özbəkistan, Türkmənistana və İrandan idxal olunan elektrik enerjisinin pulunu tam ödəməyib”, – deyə o qeyd edib. Hikmətullah Mayondi Əfqanıstan banklarına qoyulan embarqoya, sanksiyalara və iqtisadi problemlərə rəğmən […]

İdman

Azərbaycan millisinin baş məşqçisi: “Dörd idman növündə oynamağım unikal göstərici deyil”

“Dörd idman növündə oynamağım unikal göstərici deyil”. Bunu “Report”a açıqlamasında çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi Zeynal Zeynalov deyib. Futbol, futzal və çimərlik futbolunda çıxış etmiş 44 yaşlı mütəxəssis bu günlərdə minifutbol üzrə Azərbaycan çempionatında mübarizə aparan “İnter” komandası ilə anlaşıb. O, hər bir növün özünəməxsus tələblərinin olduğunu söyləyib: “Birini qumda, birini zalda, birini […]

Siyasət

Azərbaycan siyasi sistemində yeni dövr – Partiyalar seçkinin qalibini təbrik ediblər – ŞƏRH

Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkisi xalq, millət, dövlət birliyinin təcəssümü kimi Azərbaycan xalqının tarixinə düşdü. Ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycan xalqı bu seçkiyə bir daha dünyaya birliyini, həmrəyliyini nümayiş etdirdi. Seçki günü məntəqələrə kütləvi seçici axını, yüksək fəallığı əksər yerli və xarici müşahidəçilər və beynəlxalq təşkilatların nümayəndələri verdikləri bəyanatlarda təsdiq etdilər. Seçki […]

Cəmiyyət

İƏT Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı bəyanat yayıb. Oxu.Az xəbər verir ki, bəyanatda deyilir: “Azərbaycan hökumətinin dəvəti ilə 2024-cü il fevralın 7-də Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkisini izləmək üçün İƏT Baş Katibliyinin yüksək səlahiyyətli müşahidəçi heyəti göndərilib. Seçki ölkənin hər yerində keçirilib. İƏT heyəti seçkinin hər üç mərhələsini – səsvermədən […]

Siyasət

Kambocalı deputat: “Heç bir pozuntu olmayıb, siyasi partiyalara diskriminasiya tətbiq edilməyib”

Kamboca parlamentinin nümayəndələri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib. Oxu.Az-ın məlumatına görə, Kamboca parlamentinin deputatı Mosine Sos bildirib ki, müşahidəçilər səsvermə günü məntəqələr açılandan bitənə qədər bütün proseslərdə iştirak ediblər: “Bütün baş çəkdiyimiz məntəqələrdə gördük ki, seçicilər üçün bütün lazımi şərait yaradılıb. Tələb olunan avadanlıqlar və materiallar təmin edilmişdi. […]

İqtisadiyyat

Azərbaycanda vergi ödəyicilərinin sayı 8% artıb

Bu il fevralın 1-nə Azərbaycanda 1 522 750 vergi ödəyicisi uçotda olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Məlumata görə, bunun 87,3%-ni fiziki şəxslər, 12,7%-ni hüquqi şəxslər və digər təşkilatlar təşkil edib. Ötən il fevralın 1-nə nisbətən vergi ödəyicilərinin ümumi sayı 8%, o cümlədən fiziki şəxslərin də sayı 8% (ümumi artımın […]

Siyasət

Odilcon İminov: “İlk dəfə səs verən gənclər çox fəallıq göstərirdilər”

“Seçki prosesini müşahidə etmək çox maraqlı oldu”. Oxu.Az xəbər verir ki, bunu Özbəkistan Senatının Elm, təhsil və səhiyyə komitəsinin sədri Odilcon İminov deyib. O qeyd edib ki, heyətlərinə lazımi şərait və imkanlar yaradılıb: “Xarici nümayəndələr ilə birlikdə seçki günü Qarabağ bölgəsində yerləşən Şuşa və Xankəndidəki məntəqələrdə olduq. Məntəqələrdə seçki prosesini müşahidə edərkən hər şeyin qaydasında […]

Mədəniyyət

Folklorşünas alim: “Xıdır Nəbi bayramı təbiətin oyanmasının başlanğıcı sayılır”

Xıdır Nəbi, yaxud Xıdır İlyas Naxçıvan diyarının qədim tarixə malik və el arasında geniş yayılmış mərasimlərindən biridir. Hər il fevral ayının 9-u, 10-u, bəzi kəndlərdə isə 14-ü, 15-i (Xıdır İlyasın doğulduğu gün) Xıdır Nəbi bayramı xüsusi qeyd edilir. Mərasim həm də fevralın 1-dən 20-dək olan kiçik çilləyə təsadüf edir. Tədqiqatlarda Xıdır Nəbi “su, külək və […]

Dünya

Rusiyalı jurnalistlər işğaldan edilən ərazilərdə növbədənkənar prezident seçkisini müşahidə ediblər – FOTO

Rusiyanın məşhur Lenta.ru saytında Azərbaycanda ötən gün keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı yazı dərc olunub. Müəllif oxucuların diqqətinə çatdırıb ki, Qarabağ işğaldan azad ediləndən sonra dövlətin müasir tarixində ilk dəfə olaraq prezident seçkisi ölkənin bütün ərazisini əhatə edib, 125 seçki dairəsinin 6 537 seçki məntəqəsində altı milyon yarımdan çox seçici iştirak edib. Yazıda qeyd […]