İdman

“Borussiya”nın futbolçusu müqaviləsini ləğv edib Türkiyə klubuna keçəcək

Dortmund “Borussiya”sının müdafiəçisi Tomas Mönye Almaniya klubu ilə müqaviləsini ləğv edib və Türkiyənin “Trabzonspor” klubuna keçəcək.   Bu barədə jurnalist Saşa Tavolyeri “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) yazıb.   Məlumata görə, belçikalı Türkiyə klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayacaq. Bundan əlavə, “Borussiya” mövsümün sonuna qədər Mönyenin maaşını ödəməyə davam edəcək.   Xatırladaq ki, 32 yaşlı Mönyenin Dortmund […]

Dünya

Fransada 3D printerdə çap olunmuş silahları satan şəbəkə aşkar edilib- FOTO

Fransa polisi 3D printerlərdən istifadə edilməklə hazırlanmış silahların satışı ilə məşğul olan beynəlxalq cinayət şəbəkəsini aşkar edib. Marsel prokuroru Nikolas Besson qeyd edib ki, bu, ölkədə ilk belə şəbəkədir. O, həmçinin silah ticarətinin uberizasiyası ilə bağlı narahatlığını da ifadə edib. “14 nəfəri saxlamaq və səkkiz 3D printer, sırf 3D çap ilə hazırlanmış yeddi silah və […]

Dünya

Günəşdə güclü partlayış Sakit okeanın cənubunda rabitə əlaqəsini kəsib

Günəşdə M-sinifinə aid güclü partlayış Sakit okeanın cənubunda geniş miqyasda qısa dalğalı radio rabitəsinin kəsilməsinə səbəb olub. Qeyd olunur ki, kosmik qasırğa Avstraliya və Cənub-Şərqi Asiya ölkələrinə təsir edib. Bölgədəki dənizçilər və radio həvəskarları partlayışın pik nöqtəsindən sonra bir saat ərzində 30 MHz-dən aşağı tezliklərdə siqnalın itməsini qeyd ediblər. Radionun kəsilməsi günəş partlayışından cəmi səkkiz […]

Dünya

Türkiyə ilə sərhəddə Bolqarıstan sərhədçisini öldürən şəxsin cəzası bəlli oldu

Türkiyənin Ədirnə Şəhər Məhkəməsi 2022-ci ilin noyabrında Türkiyə ilə sərhəddə Bolqarıstan sərhədçisinin ölümündə günahkar olanlardan birini ömürlük həbsə məhkum edib.       Məlumata görə, ikinci hücumçu şərti cəza alıb.      2022-ci ilin noyabrında Bolqarıstan-Türkiyə sərhədində Bolqarıstan sərhəd polisi və ordusunun birgə dəstəsi atəşə tutulub. Nəticədə bir sərhədçi həlak olub. Türkiyə polisi bolqar sərhədçiyə hücumda […]

Müharibə

Binəqədidə su problemi: Borular keyfiyyətsizdir? – VİDEO

Su borusu partlayıb, küçədə hərəkət çətinləşib. Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Binəqədi rayonu Gülüstan qəsəbəsindəki içməli su xətti partlayıb. Sakinlərin sözlərinə görə, beş gündür ki, borunun ətrafını bu cür su basıb və nəticədə də həm piyadaların, həm də avtomobillərin hərəkətində çətinlik yaranıb. Sakinlər bildiriblər ki, ərazidəki su xəttində bu cür qəzalar tez-tez baş verir. Məsələyə “Azərsu” Açıq Səhmdar […]

Dünya

“Buz tələsinə” düşən qatil balinaların faciəvi sonluğu – VİDEO

Sosial şəbəkələrdə Yaponiyanın şimalındakı Hokkaydo sahillərində baş verən faciənin görüntüləri yayılıb. Belə ki, 16-17 fərddən ibarət qatil balina dəstəsi “buz tələsinə” düşüb. Görüntülərdə həm yetkin heyvanlar, həm də balaların daxil olduğu qrupun xilas olma cəhdləri əks olunub. Günortadan sonra qatil balinalar suyun altında yoxa çıxıblar. Mütəxəssislər onların öldüyünü bildirirlər. Videonu yerli tədqiqatçı dron vasitəsilə qeydə alıb. […]

Cəmiyyət

Lənkəranda sakinlər binanın zirzəmisinə dolan çirkab sularından şikayətçidirlər – VİDEO

Bir tərəfdən üfunət, digər tərəfdən rütubət. Zirzəmi də ağcaqanadlarla dolub. Xezerxeber.az-ın məlumatına görə, bu xoşagəlməz mənzərə Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi bina 78/9 ünvanındandır. 46 il öncə tikilərək sakinlərin istifadəsinə verilən və 50-ə yaxın ailənin yaşadığı binanın zirzəmisində kanalizasiya suları aşıb-daşır. Bina 10 il əvvəl əsaslı təmir olunsa da, zirzəmidə yerləşən kanalizasiya sistemi düzgün qurulmadığından çirkab […]

İdman

Almaniya Kuboku: “Bayer” son dəqiqə qolu ilə yarımfinalına yüksəldi – VİDEO

Almaniya kubokunun 1/4 final mərhələsi çərçivəsində “Bayer Leverkuzen” və “Ştutqart” qarşılaşıb. Qarşılıqlı qollarla yadda qalan matç “Bayer”in qələbəsi ilə yekunlaşıb – 3:2. Qarşılaşmada hesabı 11-ci dəqiqədə qonaqların müdafiəçisi Valdemar Anton açıb (0:1). Meydan sahibləri yalnız 50-ci dəqiqədə qol vura biliblər. Yarımmüdafiəçi Robert Andriç fərqlənib (1:1). 58-ci dəqiqədə Kris Furiç yenidən “Ştutqart”ı hesabda irəli çıxarıb (1:2). […]

Cəmiyyət

Pensiya daha çox artır, yoxsa qiymətlər? İqtisadçıdan açıqlama – VİDEO

“İnflyasiya tempi getdikcə aşağı düşəcək”. Bu fikirləri iqtisadçı-ekspert Xalid Kərimli deyib. O bildirib ki, pensiyanın artım faizi ötənilki orta inflyasiya göstəricisini üstələyir: “2023-cü ildə inflyasiya 8,8 faiz olub. Bu dövrdə qida məhsulları 2022-ci illə müqayisədə 9,8 faiz bahalaşıb”. Ətraflı Baku TV-nin süjetində: Xeberal.az