Siyasət

Məzahir Pənahov: “Müşahidəçilər seçici aktivliyinin görünməmiş səviyyədə olduğunu bildirirlər”

“Müşahidəçilər bildirirlər ki, seçicilərin aktivliyi görünməmiş səviyyədədir. Azərbaycan vətəndaşları seçkilərdə çox böyük ruh yüksəkliyi ilə iştirak ediblər”. Oxu.Az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov media nümayəndələri üçün rəhbərlik etdiyi qurumun təşkil etdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hər hansı qüsürlar olubsa, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq araşdırılacaq: “MSK-ya daxil olan […]

Cəmiyyət

Məzahir Pənahov: “Müşahidəçilər seçici aktivliyinin görünməmiş səviyyədə olduğunu bildirirlər”

“Müşahidəçilər bildirirlər ki, seçicilərin aktivliyi görünməmiş səviyyədədir. Azərbaycan vətəndaşları seçkilərdə çox böyük ruh yüksəkliyi ilə iştirak ediblər”. Oxu.Az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov media nümayəndələri üçün rəhbərlik etdiyi qurumun təşkil etdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hər hansı qüsürlar olubsa, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq araşdırılacaq: “MSK-ya daxil olan […]

Cəmiyyət

BAXCP: “İlham Əliyevi təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası prezident seçkisinin ilkin nəticələri ilə bağlı bəyanat yayıb. Oxu.Az xəbər verir ki, bəyanatda deyilir: “BAXCP ölkəmizdə 7 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar prezident seçkisində əsas rəqibinin Azərbaycan torpaqlarını işğaldan azad etmiş İlham Əliyevin olacağını bildiyindən seçkinin elan olunduğu ilk günlərdə seçkiyə qatılmağa tərəddüd etsə də, ölkəmizdə köklü islahatlara ehtiyac olması […]

Siyasət

Laçında avtomobil karvanı mərkəzi küçələr boyunca yürüş keçirib – FOTO

Növbədənkənar prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsi Laçın sakinlərinin də sevincinə səbəb olub. Şəhərin mərkəzi küçələrinə çıxan laçınlılar avtomobillərlə yürüş keçiriblər. AZƏRTAC xəbər verir ki, səhər saatlarından səsvermədə mütəşəkkil iştirak edən sakinlər günün sonunda bayram ab-havası ilə şəhərə çıxıblar. Laçının mərkəzi küçələrində milli musiqi sədaları altında avtomobillərin yürüşü keçirilib. Həmçinin şəhər sakinləri sevinc və qürur […]

İdman

Qətər İranı məğlub edərək Asiya Kubokunun finalına çıxdı – VİDEO

Asiya Kubokunun ikinci yarımfinal oyununda İran və Qətər milliləri qarşılaşıb. Dohadakı (Qətər) “Əl Tumama” stadionundakı matçda meydan sahibləri üstün olublar. Oyunun ilk dəqiqələrində hesabı İran yığması açsa da, qarşılıqlı qollarla yadda qalan qarşılaşma Qətərin 3:2 hesablı qələbəsilə yekunlaşıb. Matçın sonuna 20 dəqiqəyə yaxın vaxt əlavə olunsa da, iranlılar oyunun gedişatını dəyişə bilməyiblər. Beləliklə, Qətər millisi […]

Siyasət

Türkiyə siyasətçiləri İlham Əliyevə uğurlar arzulayıblar – FOTO

“30 il sonra Azərbaycanın bütün torpaqlarında, o cümlədən işğaldan azad olunan Qarabağda yüksək seçici fəallığı ilə keçirilən seçkidə yenidən qalib gələn Can Azərbaycanın cənab Prezidenti İlham Əliyevi qələbə münasibətilə təbrik edirəm”. Bunu Türkiyənin keçmiş xarici işlər naziri, bu ölkənin parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu “X”dəki hesabında yazıb. “Azərbaycanlı qardaşlarımız onun liderliyi altında neçə-neçə […]

Siyasət

Səsvermənin ilkin nəticələri elan edildi: İlham Əliyev 92,1% səslə liderdir

Bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisinin ilkin nəticələri elan olunub. Oxu.Az-ın xəbərinə görə, bu barədə nəticəni Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov media nümayəndələri üçün rəhbərlik etdiyi qurumun təşkil etdiyi brifinqdə açıqlayıb. MSK sədri bildirib ki, ilkin nəticələrə əsasən hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,1 faiz səslə prezident seçkisində liderlik […]

Siyasət

“Moskovskiy komsomolets”: “Azərbaycanlılar seçki məntəqələrinə ailələri ilə birlikdə gəliblər”

Rusiyanın “Moskovskiy komsomolets” nəşri Azərbaycanda baş tutan növbədənkənar prezident seçkisi barədə yazıb. Məqalədə seçkinin beynəlxalq müşahidəçilərin və jurnalistlərin çoxluğu, vətəndaşların yüksək fəallığı ilə yadda qaldığı qeyd olunub. Bildirilib ki, budəfəki seçki həm də tarixi əhəmiyyətinə görə öncəkilərdən fərqlənib. Belə ki, bu, Azərbaycanın öz suverenliyini bərpa etdikdən sonra azad edilmiş əraziləri də əhatə edən ilk seçki […]

Mədəniyyət

Nurəddin Mehdixanlı: “Azərbaycan xalqı dövlətini dünyada söz sahibi edən liderini seçdi”

“Azərbaycan xalqı dövlətini dünyada söz sahibi edən liderini seçdi”. “Report” xəbər verir ki, bu sözləri Azərbaycanın Xalq artisti Nurəddin Mehdixanlı deyib. “Azərbaycan xalqı öz rəhbərini seçdi. Ölkəmiz hərbi siyasi, iqtisadi cəhətdən çox inkişaf edib. İşğalda olan torpaqlar İlham Əliyevin rəhbərliyi altında azad edilib. Bu günə qədər bütün seçkilərdə iştirak etmişəm. Bu gün keçirilən seçki dünyaya mesajdır. […]

Cəmiyyət

Xızıda “KamAZ” aşıb: Ölən var

Xızının Altıağac qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Report”un xəbərinə görə, 1988-ci il təvəllüdlü Amid Sultanağa oğlu Nağıyevin idarə etdiyi “KamAZ” markalı yük maşını hərəkətdə olarkan idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü hadisə yerindəcə ölüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az