Cəmiyyət

Lənkəranda sakinlər binanın zirzəmisinə dolan çirkab sularından şikayətçidirlər – VİDEO

Sharing is caring!


Bir tərəfdən üfunət, digər tərəfdən rütubət. Zirzəmi də ağcaqanadlarla dolub.

Xezerxeber.az-ın məlumatına görə, bu xoşagəlməz mənzərə Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi bina 78/9 ünvanındandır.

46 il öncə tikilərək sakinlərin istifadəsinə verilən və 50-ə yaxın ailənin yaşadığı binanın zirzəmisində kanalizasiya suları aşıb-daşır. Bina 10 il əvvəl əsaslı təmir olunsa da, zirzəmidə yerləşən kanalizasiya sistemi düzgün qurulmadığından çirkab sular zirzəmiyə dolur.

Sakinlərin sözünə görə, hər şikayətlərindən sonra Su-kanal Sahəsindən gələrək zirzəmidən suyu çəkirlər, amma bu, problemi həll etmir.

Məsələ ilə bağlı Lənkəran Su-kanal Sahəsinin rəisi Asif Məmmədov bildirib ki, binanın zirzəmisinə çirkli sularla yanaşı qurunt suları da axır. Qurunt suları zirzəmidən xüsusi texnikalarla çəkildikdən sonra qəzalı su boruları tam bərpa olunacaq.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir