Cəmiyyət

Aktrisa evində səs verdi – VİDEO

Aktrisa Məsumə Babayeva növbədənkənar prezident seçkisində səsvermə hüququndan istifadə edib. Bu barədə aktrisa “Facebook” səhifəsində paylaşım edib. 72 yaşlı sənətkar səhhəti ilə əlaqədar evində səs verib. Qeyd edək ki, M.Babayeva uzun illər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb. “Tərəqqi” medalına layiq görülüb. Xeberal.az

Cəmiyyət

Dinara Əliyeva: “Əminəm ki, bu gün hər bir Azərbaycan vətəndaşı öz namizədinə səs verəcək”

“Azərbaycanda keçirilən prezident seçkisində hər kəs düzgün seçim edəcək ki, bu da ölkənin gələcək rifahını müəyyən edəcək”. Bunu “Report”un Rusiya bürosuna açıqlamasında Azərbaycanın Xalq artisti, Rusiyanın Böyük Teatrının solisti Dinara Əliyeva deyib. “Bu gün əlamətdar gündür və mən çox şadam ki, bir Azərbaycan vətəndaşı kimi Moskvada olarkən öz səsimi verə bildim. Əminəm ki, bu gün […]

Dünya

İranın BMT-dəki rəsmisi: “Tehran husilərə silah vermir”

İran ABŞ və İsrailə qarşı hücumlar həyata keçirən Yəmənin “Ənsar Allah” (husilər) hərəkatını silahla təmin etmir. Bu açıqlama ilə İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani çıxış edib. İran rəsmisi bildirib ki, husilərin öz silahları var və rəsmi Tehran üsyançılara onlardan necə istifadə etmək barədə göstəriş vermir. Əmir Səid İrəvani əlavə edib ki, […]

İdman

Almeyda “Qarabağ”dan gedir

“Qarabağ” braziliyalı futbolçu Riçard Almeyda ilə bağlı qərarını verib. Bizim.Media xəbər verir ki, təcrübəli yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti artırılmayacaq. Futbolçu növbəti mövsüm üçün məşqçilər korpusunun planlarına daxil deyil. Qeyd edək ki, Riçard Almeyda 2012-ci ildən “Qarabağ”da çıxış edir. O, əvvəl klubdan ayrılsa da, sonradan Ağdam təmsilçisinin sıralarına qayıdıb.   Xeberal.az

Cəmiyyət

Fransadakı azərbaycanlılar səsvermədə necə iştirak etdilər? – VİDEO

“Bizim səfirliyin mədəniyyət mərkəzində yaradılmış seçki məntəqəsində hər şey yüksək səviyyədə idi”. Bunu Baku TV-yə açıqlamasında Fransada yaşayan azərbaycanlı, Paris-Saklay Universitetinin elmi işçisi Günel Səfərova bu gün keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı fikirlərini bölüşərkən deyib. O, səsvermə prosesindən razı qaldığını bildirib: “100 il əvvəl Azərbaycan qadınına verilmiş səsvermə hüququndan istifadə etmək üçün seçki məntəqəsinə […]

Siyasət

Yevlaxlı Zeynəb nənədən səsvermə barədə səmimi açıqlama – VİDEO

Bu gün – fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. Yevlaxın 104 yaşlı seçicisi Zeynəb İsmayılova da öz səsvermə hüququndan istifadə edir. Səhhətində olan problemə görə məntəqəyə gedə bilmədiyi üçün daşınan seçki qutusu Zeynəb nənənin evinə aparılıb. “Öz adıma yaxşı səs verdim. Xeyirli-uğurlu olsun”, – deyə 104 yaşlı seçici bildirib. Ətraflı Baku TV-nin videosunu təqdim edirik: Xeberal.az

Siyasət

Serbiyalı müşahidəçi: “Şuşada demokratik qaydalara tam uyğun səsvermə prosesinin keçirildiyini görürük”

“Şuşada demokratik qaydalara, dəyərlərə və prinsiplərə tam uyğun səsvermə prosesinin keçirildiyini görürük, biz gördüyümüz hər şeydən razı qalmışıq”. Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Serbiya Milli Assambleyasının müşahidə heyətinin rəhbəri Sandra Boziç deyib. “İlk növbədə burada olduğuma görə, Azərbaycan Milli Məclisinin dəvətinə görə təşəkkürümü ifadə etmək istəyirəm. Bildiyim qədəri ilə Azərbaycanın bu hissəsinə, Qarabağa gələn ilk […]

İdman

Azərbaycan millisinin sabiq oyunçusu minifutbol komandasına keçib

Azərbaycan millisinin sabiq futbolçusu Ramazan Abbasov minifutbolda çıxış edəcək. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Yığmanın keçmiş üzvü “Turan”da çıxış edəcək. Qeyd edək ki, Ramazan Abbasov karyerası ərzində “Neftçi”, “Bakı” və “Rəvan”ın uğurları üçün çalışıb. Daha əvvəl “Neftçi”nin sabiq oyunçusu Zeynal Zeynalov “İnter”ə keçib. Xeberal.az

Cəmiyyət

Azərbaycanın Təbrizdəki Baş konsulluğunda seçici fəallığı qeydə alınıb

Azərbaycanın Təbrizdəki Baş konsulluğunda seçici fəallığı qeydə alınıb. APA xəbər verir ki, İranın Təbriz şəhərində fəaliyyət göstərən məntəqə seçki komissiyasında da Azərbaycan vətəndaşlarının öz konstitusiya hüquqlarından istifadə etməsi üçün bütün zəruri tədbirlər görülüb. Fevralın 7-də yerli vaxtla səhər saat 08:00-da açılan seçki məntəqəsində Təbrizdə yaşayan və ya müvəqqəti ezamiyyətdə olan vətəndaşlarımızın yüksək fəallığı qeydə alınıb. […]

Cəmiyyət

“Seçki ilə bağlı yayılmış video başqa ölkədə çəkilib” – RƏSMİ

Bu gün bir sıra sosial media platformalarında 44 saylı Sumqayıt üçüncü seçki dairəsinin 21 saylı məntəqəsində növbədənkənar prezident seçkisi ilə bağlı qutuya bülletenlərin topa şəklində atılmasını əks etdirən video yayılıb. Oxu.Az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə yaydığı açıqlamada bildirilir. “Video manipulyasiya məqsədilə hazırlanıb […]