Dünya

III Çarlz dövlət işlərini xəstəxanadan aparacaq

Britaniya Kralı III Çarlz xərçəng müalicəsi zamanı Baş nazir Rişi Sunak ilə həftəlik görüşməyə davam edəcək. Bukingem sarayından verilən məlumata görə, həkimlərin müalicə zamanı dövlət işlərindən çəkinmək tövsiyələrinə baxmayaraq, kral dövlət işləri ilə məşğul olmağa və sənədlərlə işləməyə davam edəcək. Onun vəzifələrindən biri parlamentin qəbul etdiyi qanunları imzalamaqdır. Hər səhər III Çarlz qırmızı portfeldə imzası […]

Siyasət

Qərbin 40-50 manat dəyərindəki planları: Oyuncaq artıq işə yaramır

Sabah Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Budəfəki seçki bu günə qədər keçirilənlərdən fərqlənir. Belə ki, bu dəfə seçki Azərbaycanın bütün suveren ərazilərində baş tutacaq.  Əlbəttə ki, Azərbaycanın bu uğurunu, seçkilərin əhəmiyyətini, geosiyasi miqyasa təsirlərini hər zaman olduğu kimi həzm edə bilməyənlər var. Bağlı olduqları mərkəzlərdən təlimatlar alaraq hərəkətə keçənlər ictimai rəyi çaşdırmağa çalışırlar. Belə təşkilatlardan […]

Cəmiyyət

ABŞ-də intihar etdiyi deyilən azərbaycanlı gənclə bağlı bəzi məqamlar məlum olub

ABŞ-də intihar etdiyi deyilən azərbaycanlı Şahbaz Abdurrahmanovun nəşinin bu həftə ölkəyə gətiriləcəyi gözlənilir. Bu barədə Oxu.Az-a onun ailə yaxınları məlumat veriblər. Məlumata görə, o, əslən Füzuli rayonundan olub. Ailədə iki qardaş olublar. Ailə yaxınlarının məlumatına görə, Ş.Abdurrahmanov sonuncu dəfə anası ilə ötən həftənin birinci günü görüntülü əlaqə saxlayıb. ADA Universitetini bitirən Şahbaz Abdurrahmanov ABŞ-yə təhsilini […]

Cəmiyyət

Nurlan Əzizbəyli plastik əməliyyatla üzünü dəyişdirdi – FOTO

Müğənni Nurlan Əzizbəyli plastik əməliyyatla üzündə dəyişiklik etdirib. Axşam.az xəbər verir ki, 40 kiloqramdan çox çəki atan sənətçi yeni görünüşü ilə televiziya verilişlərindən birinin efirinə qatılıb. İfaçının buxaq, qaşqaldırma, dəridartma əməliyyatları olunduğu bildirilib. Nurlan eyni zamanda saçlarını da qara rəngə boyayıb. Nurlan bildirib ki, hazırda çəkisi 70 kiloqramdır. Xeberal.az

Dünya

Fransa tarixinin ən korrupsioner hakimiyyəti: Makron dələduzları himayə edir – ŞƏRH + FOTO

Ölkədaxili etirazlar, korrupsiya ittihamları, xarici siyasətdə uğursuzluqlar Fransa gündəmini zəbt edib. Faktiki olaraq hər ay, hər həftə, hər gün Emmanuel Makronun idarə etdiyi ölkədə qalmaqal, etiraz aksiyaları, mitinqlər keçirilir. Nəticədə hazırkı hökumət ölkə tarixinə ən korrupsioner, yarıtmaz hakimiyyət kimi düşmək “şansı” qazanıb. Media və siyasi dairələrdə rüşvət, korrupsiya və maxinasiyalar Makron hakimiyyətini xarakterizə edən əsas […]

Dünya

Yaponiyada güclü qar səbəbindən 120-yə yaxın insan xəstəxanaya yerləşdirilib

Tokioya yağan güclü qar səbəbindən 120-yə yaxın insan təcili xəstəxanaya yerləşdirilib. Təcili yardım xidmətini idarə edən Tokio Yanğından Mühafizə İdarəsinin məlumatına görə, xəsarət alanların əksəriyyəti yolların buz bağlaması səbəbindən yıxılma nəticəsində baş verib. Xəsarət alanların yaşı 4 ilə 92 arasında dəyişir. Bundan əlavə, Saytama, Kanaqava, Yamanasi və Naqano prefekturalarında 2,4 min ev təsərrüfatı elektrik enerjisi […]

Cəmiyyət

Repressiya qurbanının nəticələrinin narahatlığı: Tarixi evin son halı – VİDEO

Bərdə rayonunda yerləşən “Lənbəran bəy evi” məhv olmaq təhlükəsi ilə üz-üzədir. İki əsrə yaxın yaşı olan tarixi tikili sovet dövründə bir müddət xəstəxana, daha sonra isə uşaq bağçası kimi istifadə olunub. 40 ildən çoxdur istifadəsiz qalan tarixi abidə hazırda baxımsız vəziyyətdədir. “Bu bizim babamızın atasının evidir. O, repressiya qurbanı olub. Var-dövlətini yığıb aparıblar, özünü də 21 […]

Dünya

Ermənistanın eks-prezidentinin oğluna qarşı iş məhkəməyə göndərilir

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu, “Hayastan” fraksiyasından olan deputat Levon Koçaryanın işi yaxın vaxtlarda məhkəməyə göndəriləcək. Ermənistan mediasının məlumatına görə, bu barədə jurnalistlərə Levon Koçaryanın özü məlumat verib. Onun sözlərinə görə, ötən gün barəsində başlanmış cinayət işi çərçivəsində İstintaq Komitəsinə çağırılıb. Həmçinin, onun dostu Sergey Asaturov da dindirilməyə çağırılıb, daha sonra ona ərazini tərk […]

Dünya

Hakan Fidan: “Taxıl sazişi yenidən həyata keçirilməlidir”

“Taxıl sazişi yenidən həyata keçirilməlidir”. Bunu Vallettada maltalı həmkarı İan Borq ilə birlikdə mətbuat konfransı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. “Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Müharibənin dağıdıcı nəticələrinin mümkün qədər tez bitməsi lazımdır. Biz taxıl sazişinin dirçəldilməsinə önəm veririk”, – deyə o bildirib. XİN rəhbəri, həmçinin, fevralın 12-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib […]

Cəmiyyət

Tovuzda TIR aşıb, yanğın olub – FOTO

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda, rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan, Göygöl rayon sakini Elbrus Məlikovun idarə etdiyi TIR yoldan çıxaraq dərəyə aşıb. Qəzadan sonra avtomobildə yanğın qeydə alınıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, […]